Drina

Drina
serb. Дрина, bosn. Drina
Ölkələr
Mənbəyi  
 • Yüksəkliyi 1222 m
Mənsəbi Sava çayı --> Dunay
Uzunluğu 346 km
Su sərfi 125 ± 0,001 m³/s
Su hövzəsi 19570
Hövzəsinin sahəsi 19570 km²
Drina (Bosniya və Herseqovina)
mənbəyi
mənsəbi
Drina çayı Bosniya və Herseqovina fiziki xəritəsində:
43° 20′ 54.27″ N, 18° 50′ 22.48

43°20′ şm. e. 18°50′ ş. u.HGYO
44° 53′ 29.01″ N, 19° 21′ 21.37″ E

44°53′ şm. e. 19°21′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Drina[1][2] (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay.

İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir.

Sava çayının hövzəsi

İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır. Çay ilk əvvəl Serbiya Monteneqro sərhədinə yaxın ərazidən axır. Sonrada Bosniya və Herseqovina ilə Serbiya sərhəddini təşkil edərək Sava çayına tökülür. Bosniya və Herseqovin ərazisində yerləşən sahil şəhərləri: Foça, Vişeqrad, Zvornik, və Qorace. Serbiya ərazisində yerləşən sahil şəhərləri:Bayina-Başta və Loznisadır. Drina Savanın ən böyük qoludur.

Tarixən bu çay Qərbi Roma İmperouası ilə Şərqi Roma İmperiyası arasında sərhəd rolunu oynayırdı. Üstəlik Xristian dünyasının iki məshəbi Provaslav və Katoliklər arasında təbii sərhəddir. Osmanlı İmperiyası dönəmində islam bölgəyə yayılır. Uzun əsrlər boyu bölgə müxtəlif millətlərin qaynayıb qarışdığı və problemsiz yaşadığı bölgə olmuşdur. Milli müxtəliflik sonradan müxtəlif konfliklərin yaranmasına səbəb olur. Birinci Dünya müharibəsi zamanı Drina sahilində Avstriya-Macarıstan ilə Serbiya arasında qanlı döyüşlər olmuşdur.

Vişeqrad şəhəri yaxınlığında 1989-cu ildə ümumi tutumu 101 mln m³ olan su anbarı inşa edilir. Üstəlik burada ümumi güçü 614 МVт olan elektrik stansiyası işə salınır. Aşağı axarlarda olan su anbarı isə 89 mln m³ su tutumuna və 92 МVт güçə malikdir.

Yuqaslav yazıçısı İvo Andriç «Drina üzərində körpü» əsərinə görə hətta Nobel mükafatına layiq görülmüşdür.

Hətta bir serb xalq mahnısında belə deyilir: «Drinada su soyuq axır, serblərdə isə qan istidir.»

Bayina-Başta şəhəri yaxınlığında, çay yaxınlığında, qayanın üzərində kiçik bir ev inşa edilmişdir (43°59′03″ şm. e. 19°33′59″ ş. u.HGYO). Bu bina turistlər arasında məşhurdur[3].

  1. Jovan Đ. Marković (1990): Enciklopedijski geografski leksikon Jugoslavije; Svjetlost-Sarajevo; ISBN 86-01-02651-6
  2. Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2
  3. "Qaya üzərində yerləşən bina artıq 45 il mövcuddur". 2013-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.

Drina çayı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]