Druskininkay | |
---|---|
Druskininkai Druskieniki[1] | |
54°01′14″ şm. e. 23°58′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1563 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 110 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 313 |
Poçt indeksi | LT-66001 |
Digər | |
druskonis.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Druskininkay (lit. Druskininkai, pol. Druskieniki, Druskienniki) — Litvanın cənubunda kurort şəhəri.
İlk dəfə Druski (Druskos – tərc. duz) kəndinin adı Pyarvalk sarayının inventar dəftərində 2 oktyabr 1636-cı ildə çəkilib (hər il bu tarixdə şəhər ad gününü qeyd edir). Lakin, Druski mineral su mənbələri barədə məlumat bundan çox köhnədir, XII-XIII əsrə çatır, o zaman mineral sular bulaqlarla sulu çəmənliklər və kolluqların üzərindən Nyamusa axırdı. Bu yer əhli-səliblərin salnamələrində də qeyd olunur, görünür ki, əhli-səliblərin casuslarının Eyşişkesə, Şalçininkaya olan yolu druskininkay torpaqlarından keçirdi. Druskininkayın bir kurort kimi tarixinin əsasını 1789-cu ildə Qroden Seymi üzvlərinin maraqlılığı ilə əlaqədar olaraq buraya səfər etmiş Litva-Polşa kralı Stanislav Avqust (Ponyatovski) qoyub. Kral həkimləri duz bulaqlarının suyunun tərkibini, müalicəvi xassələrini tədqiq etmiş, 1794-cü ildə isə xüsusi dekret Druskininkayı müalicəvi yer elan etmişdir. Suyun xassələrinin öyrənilməsi davam etdirdi. Belə ki, 1835-ci ildə Vilnüs Universitetinin Kimya kafedrasının professoru İqnatsiy Fonberq öz tədqiqatlarını ümumiləşdirərək "Druskininkay mineral sularının təsviri"ni dərc etmişdi.
1838-ci ildə Rusiya çarı I Nikolay Dopelmayerin hazırladığı Druskininkay kurortunun inkişaf planını təsdiq etmiş və tikinti başlanmışdır. Tezliklə burada rəsmi olaraq birinci həkim A. Renye işləməyə başladı, ilk müalicəxanalar açıldı. Lakin həmin il Ratniça çayına Salote gölü dağılmış və Ratniça müalicəxanasını, sinaqoqu və 18 başqa tikilini uçurtmuş daşqın başlamış, körpülər zərər görmüşdür. Daşqınlar təkrarlanırdı, lakin şəhəri bərpa edirdilər, o böyüyürdü. 1853-cü ildə müalicəxanaların yanında olan parkda teatr, iclaslar və konsertlər üçün zal, kitabxana, restoran, hava pis olan hallar üçün gəzinti qalereyası olan saray tikilmişdi, 1854-cü ildə isə burada Litvada birinci olan fotoatelye işləyirdi, sərgilər təşkil olunurdu. 1862-ci ildə şose kurortu Poreçye dəmir yolu stansiyası ilə birləşdirdi. Sərnişinlər kurorta dilicanlarla gəlirdi. 1880-ci ilin yayında Druskininkaydan Qrodnoya "Druskininkay" paroxodu işləməyə başladı. XIX əsrin sonunda Druskininkay yanğınlar səbəbi ilə əldən düşmüşdü, şəhərciyin sahibləri dəyişirdi, lakin sahibkarlar investisiyalarını davam edirdi: 1887-ci ildə gimnastika və masaj saray tikildi, 1894-cü ildə indiyə qədər salamat qalmış 150-nəfərlik müalicəxanalar fəaliyyət göstərməyə başladı, 1893-cü ildə isə Druskininkay şəhər hüququnu almışdır. Bu gün Druskininkay – istirahət, kurort müalicəsi və turizm üçün nəzərdə tutulmuş beynəlxalq rekreasiya mərkəzidir. Druskininkayda eyni zamanda 6000 nəfəri qəbul edə bilən 9 sanatoriya və bir balneoloji müalicəxana fəaliyyət göstərir (2003-cü ildə "Newsweek" jurnalı Druskininkayı Avropada ən yaxşı balneoloji kurort elan edib), 2-dən 4-ə qədər ulduzlu 16 mehmanxana, 11 qonaq evi, 16 kənd turizmi malikanəsi və SPA kompleksləri təsis edilib. Sanatoriyalarda ən son texnologiyalar və müalicə diaqnostikaları tətbiq edilir, proseduralar spektri genişdir. Şəhərdə sağlamlaşdırma mərkəzi yerləşir, yeddi mineral su bulağı açılıb. Aktiv istirahət sevərlər üçün çoxlu müxtəlif əyləncələr var. Ən çox ziyarət edilən yerlərə Druskininkay su attraksionları parkı – 25000 kvadrat metr sahəsi olan yenidən qurulmuş kompleksi aid etmək olar. Şəhər 5 hissəyə bölünüb: Nyamunasdan keçən Druskininkay körpüsü ilə digər dörd hissə – Kalvişkes, Klonişkes, Ratniça, Köhnə şəhərə birləşmiş Baltaşişke (şəhərin Nyamunasın sol sahilində olan yeganə hissəsi). 2006-cı il məlumatlarına görə Druskininkay rayonunun əhalisinin sayı 24755 nəfər təşkil etmişdir, onlardan 16647 nəfər Druskininkay şəhərində yaşayırdı.
Nyamunas Druskininkayı əhatə edir. Ona şəhərin şərq hissəsindən axan Ratniça düşür. Şəhərin cənub hissəsində Druskonis gölü, Viyunelis nohuru və Myarqyalü akyü süni göl uzanır. Buna görə burada iqlim mülayim və istidir (havanın orta temperaturu +7,5 °C, havanın nisbi rütubəti 70 faiz. orta sürəti 2 m/san olan cənub-şərq küləkləri üstünlük təşkil edir). Druskininkay bio növ müxtəlifliklər: təkcə çoxlu sayda müalicəvi otlar, göbələklər deyil, quşlarla, nadir həşəratlarla zəngin şam meşələri ilə örtülmüş kontinental qum təpələri yerləşir. İynəyarpaqlı meşələrə görə Druskininkayda hava ionlaşması (- 0,63) yüksəkdir.
Şəhərdə bir çox kiçik memarlıq nümunələri: V. Koşubanın Litva heykəli, V. Vildjünasın M. K. Çürlenis abidəsi, heykəltaraşlıq əsəri – A. Balkenin "Əfsanə" fəvvarəsi, B. Vişnyauskasın "Analıq" abidəsi və s., Antanas Çesnulinin, Jak Lipşitsin heykəlləri və istirahət parkları, heykəltaraş Tauras Çesnulyaviçüsun malikanədə duz və ağacdan olan işləri, velosiped və piyada "Günəş cığırı", "Jilvinasın" cığırı, kaskad hamamlı süni göl, daş barelyefdən axan "Grožio" (tərc. Gözəllik) bulağı var. Druskininkay qaynaqlarının sayı və onların adları dəyişirdi. İddia edirlər ki, bir dəfə eyni zamanda onların sayı 19 olub. Onları duzların müxtəlif konsentrasiyası ilə qeyd olunub. "Bizim" Druskininkay xörək mineral suyu hələ XIX-cu əsrdə buraxılırdı, yeyinti sənayesi sərgilərində bu məhsul müalicəvi keyfiyyətlərinə görə mükafatlar alırdı. Bu gün müalicəxanalarda istirahət edənlər "Druskininkay", "Dzukiya" mənbələrindən olan suyu dada bilər.
Şəhərdə "Meşənin əks-sədası" muzeyi, Druskininkay şəhərinin muzeyləri, M. K. Çürlyonis memorial muzeyi, Müqavimət və sürgün muzeyi; Druskininkay uşaq incəsənəti, V. K. Yoninas, Sofa və s. qalereyalar fəaliyyət göstərir. Druskininkay yaxınlığında – Qrutas parkı – sovet heykəltaraşlığı muzeyidir.
Druskininkayda çoxsaylı mühafizə olunan tikintilər qalıb. Məsələn, XIX əsrin sonu – XX əsrin əvvəllərində tikilmiş doktor Buyakovskinin ev-villası. İndi orada Druskininkay bələdiyyəsi yerləşib. Druskininkayda ən qədim binaları "Linksma" villası, "Tsentral" mehmanxanası sayılır, XIX–XX əsrlərin qovşağının taxta memarlığını "Radium" villası yaxşı nümayiş etdirir. Köhnə müalicəxanalar — "Avropa Royale Druskininkay" ("Europa Royale Druskininkai") mehmanxanasının bir hissəsidir. XX əsrin sonunda əvvəlki formasını saxlanılaraq yenidən tikilmiş Druskininkay kurxausunu da unutmaq olmaz.
Druskininkayda üç dua evi yerləşir. Bu Müqəddəs apostol Vartholomey kostyolu, Qrodnonun vitse-qubernatoru İ. Rojanovun 1865-ci ildə 1000 ədəd xırda gümüş pul ianələri hesabına tikilmiş pravoslav kilsəsidir. Druskininkay kilsəsindən feldmarşal M. Kutuzovun nəvəsi Yekaterina Vasilyevna Kutuzovanın hədiyyə etdiyi Vladimir Müqəddəs Anası ikonası (1766) itmişdir və bu günə kimi axtarılır. Digər təsiredici tikili – Stefan Şilerin layihələndirdiyi və bir az Müq. Anna Vilnüs kostyolunu xatırladan Müq. Məryəmin neoqotik kostyoludur. Bu kostyol köhnənin üstündən tikilirdi, və o yeni kostyol tikiləndən sonra söküldü. 1863-cü ildə köhnə kostyolda üsyançıların başçısı Lüdvikas Narbutas nikahlanmış və çox keçmədən Dubiçay döyüşündə həlak olmuşdur. 1906-cı ilə qədər köhnə Druskininkay kostyolunda M. K. Çürlenisin atası – K. Çürlenis xidmət edib. Buraya Vilnüsdən ksöndz (katolik keşişi) Yuozas Vayçunas, qonaq otağında dilşünas Yuozas Balçikonis, Vintsas Mikolaytis – Putinas, biblioqraf Vladas Abramaviçüs, heykəltaraş Rapolas Yakimaviçüs və Litvada məşhur olan bir çox digər insanlar saatlarla otururdu.
Druskininkayı yalnız unikal təbii bulaqlar deyil, həm də rəssamlar məşhurlaşdırır. Burada rəssam və bəstəkar M. K. Çürlenis yaratmışdır, məşhur modernist heykəltaraş Jak Lipşits doğulub. Hər il Çürlenis musiqi festivalı keçirilir. Kurortda yüngül və klassik musiqi kollektivləri konsertlər verir, poeziya axşamları keçirilir, incəsənət qalereyalarında sərgilər dəyişilir. Burada yaşayan və "Druskininku şltinü undine" ("Druskininkų šaltinių undinė" tərc. "Druskininkay qaynaqlarının su pərisi") jurnalının buraxılışları ilə məşğul olan Teodoras Narbutas, XIX əsrin ortalarında burada istirahət edən Stanislav Manüşka, Lüdvikas Kondratoviçüs, Vladislav Sırokomlya və s. da xatırlayırlar.