Etnoqrafik bölgə | |||
Dzukiya (Daynava) | |||
---|---|---|---|
lit. Dzūkija (Dainava) | |||
| |||
|
|||
54°20′ şm. e. 24°00′ ş. u.HGYO |
|||
Ölkə | |||
İnzibati mərkəz | Alitus | ||
Ən böyük şəhəri | Vilnüs | ||
Vikianbarda əlaqəli mediafayllar |
Dzukiya və ya Daynava (lit. Dzūkija/Dainava) — Litvanın cənub-şərqində etnoqrafik bölgə.
Dzukiya adı bu bölgə üçün XIX əsrdən istifadə olunur. O, yerli ləhcədə insanların t və d hərfləri ts və dz kimi tələffüz etdiyindən gəlir. Bölgənin başqa adı Dəmir dövründə Nemunas çayının sağ saxilində və Mərkis çayının hovuzunda yaşayan Yatvyaqlardan gəlir. Terra Deynowe (Daynava Torpağı) ifadəsinin ən erkən nümunəsi 1253-cü ildə Kral Mindauqasın Livoniya ordeninə ianə aktında qeyd olunur.[1] Daynava mahnılar torpağı demək.[2].
Dzukiya tərkibinə Litvanın Alitus şəhəri və rayonu, Varena rayonu, Lazdiyay rayonu, Druskininkay bələdiyyəsi, Elektrenay bələdiyyəsi, Kayşyadoris rayonun böyük hissəsi, Prienay rayonun şərqi hissəsi, Tarkay rayonu, Şalçinikay rayonun qərbi hissəsi, müasir Polşanın Podlask voyevodalığın hissəsi və Belarusun Qrodno vilayətinin hissəsi daxildir. Bölgə şimaldan Aukştaytiya, qərbdən isə Suvalkiya etnoqrafik bölgələrlə sərhədləşir.[3]
Bölgənin qərbi hissəsində çox sayda göbələkli və giləmeyvəli meşə var.[4] Litvanın başqa hissələri ilə müqayisədə Dzukiyadaki torpaq daha qumludur.[1]
Yerli torpağın qumlu olması kənd təsərrüfatına mənfi təsir edir. Nəticədə, tarixdə Dzukiyanın kənd əhalisi nisbətən kasıb idi və bölgənin kənd memarlığı daha təvazökar olmuş. Nisbətən varlı, bəzəkmiş kənd evlərini daha çox torpağın daha məsuldar olan Mərkis çayından şimalında və Nemunas çayının ətrafında olan torpağlarında tapmaq olar.[1]
Şərqi Dzukiyada böyük sayda polyak yaşayır. Şalçininkay rayonuda əhalinin 80%-i, Vilnüs rayonuda (Vilnius şəhəri istisnası ilə) isə 60%-i polyaklar təşkil edir. Vilnüsün yanında Litva tatarların Kırık Tatar və Nəmejis kəndləri var. Bölgədə həmçinin bir neçə rus pravoslav və rus əski inananların kəndləri də mövcuddur.[4]