Dördşüalı mərcanlar (Tetracoralla) - tək və kaloniya halında yaşamış, əsasən karbonat skeleti olan kökü kəsilmiş paleozoy mərcanları
Koloniyalar monomorfdur. Massiv tipli koloniyalar prizmatik korallitlərdən, kolşəkilli tip isə slindirik və çox nadir hallarda, üçüzlü piramidal korallitlərdən ibarət olmuşdur. Tək dördşüalı mərcanlar silindirik, konusvari üç və dördüzlü piramidal formada olub, eni 3-6 sm, hündürlüyü 25 sm çatırdı. Korallitin daxili boşluğunda müxtəlif skelet elementləri (septalar, dib, qovuqlar - dissepimentlər, stuncuqlar) yerləşir. Tək (bəzən kalonial) tetrakorallarda, xaricindən üst kənarına qədər çatan konsentrik qırışıqlı örtük (epiteka) olur və buna görə dördşüalı mərcanlar çox vaxt rugoza (lat. rugoza - qırışıqlı) adlandırılır. Dördşüalı mərcanlar başlıca olaraq tropik və subtropik vilayətlərin normal dəniz hövzələrinin üst sublitoral sahələrində yaşamış və mərcan əhəndaşlarının və rifogen qurumların yaranmasında iştirak etmişdir. Tetrokorallar, gec ordovikdən başlayaraq, paleozoyun biostratiqrafiyası üçün böyük əhəmiyyəti olan fossillərdir.