Dünkerk uğrunda döyüş | |||
---|---|---|---|
Fransa kampaniyası İkinci Dünya müharibəsi | |||
| |||
Tarix | 26 may — 4 iyun 1940 | ||
Yeri | Dünkerk, Fransa | ||
Nəticəsi | Almaniyanın taktiki qələbəsi, Müttəfiq ordusunun təxliyəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi.[16]
1930-cu illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində uzunmüddətli fortifikasiya qurğuları sistemi tikildi. Bu istehkamlardan ibarət müdafiə sisitemi nazirin adı ilə Majino xətti adlandırıldı. Xətt 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilmişdi. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Bu xətt Almaniyanın Fransa-Almaniya sərhədindən keçməsini dayandırmaq və Belçikaya ola biləcək hücumun qarşısını almaq və yaxud ləngitmək üçün tikilmişdi. Bu müddətdə isə Fransa ordusunun ən yaxşı bölmələri buraya gətiriləcəkdi. Beləliklə, gələcək hər hansı bir müharibə Birinci Dünya müharibəsinin təkrarlanmasının qarşısını alaraq Fransa ərazisindən kənarda baş verəcəkdi.[17][18] Majino xəttinin şimalındakı ərazi, Fransa generalı Filipp Petenin "xüsusi müddəalar" alındığı müddətcə "keçilməz" elan etdiyi sıx meşə ilə örtülmüş Ardenn bölgəsi[19] ilə əhatə olunmuşdu. O, meşədən hər hansı bir güclü hücumun təşkil oluna bilməyəcəyinə əmin idi. Fransa ordusunun baş komandanı Moris Hamelin də bölgənin təhlükəsiz olduğuna əmin olaraq, "ordan heç vaxt böyük əməliyyatlar təşkil edilə bilməz" deyə qeyd edirdi.[20] Üstəlik Fransa-Belçika sərhədində istehkamların olmaması rəqibə Majino xəttini şimaldan yandan keçmək imkanı verirdi. Bütün bunlar ərazinin müdafiəsiz qalmasına gətirib çıxardı.[17]
Almaniyanın ilk hücum planına görə ilk olaraq Belçika və Hollandiya işğal olunmalı və Majino xətti dolayısıyla yan keçilməli idi.[21] O zaman Alman Ordusu A Qrupunun Baş Qərargah rəisi olan Erix fon Manşteyn fərqli üstün bir plan xülasəsini hazırladı və general-feldmarşal Gerd fon Rundştedt vasitəsi ilə onu Alman Baş Komandanlığına təqdim etdi.[22][23] Manşteynin planına görə tank bölmələri Ardenlər üzərindən hücuma keçməli, sonra Maas çayı üzərində köprülər salmalı və sürətlə İngilis kanalına (La-Manş və Pa-de-Kale boğazı boğazları) çatmalı idilər. Bununla almanlar Belçikadakı Müttəfiq orduları arasındakı əlaqələri kəsəcəkdilər. Planın bu hissəsi daha sonra "Sichelschnitt" ("oraq kəsmə") adı ilə məşhur oldu.[23][24] Adolf Hitler Manşteynlə fevralın 17-də görüşdükdən sonra bu gün "Manşteyn Planı" olaraq bilinən plana əlavələrini edərək dəyişdirilmiş bir versiyasını təsdiqlədi.[25]
1940-cı il may ayının 10-da Majino xəttinin yarılmasından və Niderlandın kapitulyasiyasından sonra mayın 14-də alman komandanlığı uğurlarını daha da genişləndirməyə başladı.[26] General-feldmarşal Fyodor fon Bokun rəhbərliyindəki B Qrupu ordusu, Belçika ərazisinə hücum etdi, Rundştedtin rəhbərliyindəki A Qrupu ordusunun üç tank korpusu cənuba tərəf dönərək İngilis kanalına tərəf yönəldi.[27] Britaniya ekspedisiya qüvvələri Beliçika sərhədindən Belçika daxilindəki Dyle çayı boyunca mövqelərə doğru irəliləyərək, mayın 10-na qədər B Qrupu hissələri ilə döyüşlər keçirdi.[28][29] Belçika və Fransadakı mövqelərini qoruya bilmədiyindən BEQ-nə mayın 14-ü tarixində Şelda çayına doğru çəkilməyə başlamaq əmri verildi.[30] Mayın 17-də Parisə səfəri zamanı Baş nazir Vinston Çörçil Qamelindəki fransız qoşunlarının ehtiyat qüvvələri olmadığını öyrənəndə təəccübləndi.[31] Mayın 19-da general Qort Fransa Birinci Ordusunun komandanı və Müttəfiq qüvvələrin ümumi koordinatoru fransız general Qaston Biyotla görüşdü. Biyot fransızların almanlar ilə dəniz arasında əsgər olmadığını bildirdi. Qort dərhal Kanal boyunca təxliyənin ən yaxşı çıxış yolu olduğunu bildirdi və yaxşı liman imkanları olan ən yaxın yer kimi Dünkerkə geri çəkilməyi planlaşdırdı.[32] Bataqlıqlar ilə əhatə olunmuş Dünkerk köhnə istehkamları və Avropada böyük insan kütləsini qəbul edə biləcək ən uzun qum çimərliyi ilə tanınırdı.[33] Mayın 20-də Çörçillin təklifi ilə, admiralallıq mövcud olan bütün kiçik gəmilərin Fransaya getməyə hazır olmasını təşkil etməyə başladı.[34] Arras döyüşü ilə mayın 21-də mütəffiqlərin Almaniya ordusunun hissələri arasında əlaqəni kəsmək cəhdləri uğursuzluğa məruq qaldıqdan sonra,[35] Lord Con Qortun komandanlığı altındakı İngilis Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa birlikləri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində mühasirəyə düşdü.[36][37]
Fransa ordusunun baş komandanı Marsel Qomlemin düşüncəsinə görə almanların hücumunun qarşısı Majino xəttində alınacaqdı. Onun komandanlığı altında üç ordu: 1-ci və 7-ci Fransa ordusu və Britaniya ekspedisiya korpusu Deyle çayı boyunca hərəkət etdilər. Almanların "A" ordu qrupunun tankları isə Ardenlər üzərindən Sedan yaxınlığında Fransa sərhədini keçərək şimali-qərbə doğru La-Manş üzərinə hərəkət etdilər. Bununla almanlar Erix fon Manşteynin planına görə müttəfiqlər arasında əlaqə kəsilməli idi. Almanlar mayın 20-də Somma çayının mənsəbinə çıxdılar.
Mayın 24-nə qədər Almanlar Bulon limanını tutdular və Kaleni mühasirəyə aldılar.[36] General-mayor Rudolf Veielin komandanı olduğu 2-ci Tank Diviziyasının mühəndisləri Kanal Xətti üzərində beş körpü tikdilər və yalnız bir ingilis taboru Dünkerkə gedən yolu qorumağa təhkim edilmişdi.[38] Mayın 23-də Dördüncü Ordu komandanı generalfeldmarşal Günter fon Klügenin təklifi ilə Gerd fon Rundştedt, cinahlarının zəifliyindən və irəlidəki qoşunların təminat məsələsindən narahat olaraq tank bölmələrini dayandırmağı əmr etdi.[39][40][41][42] O, Dünkerkin ətrafındakı bataqlıq ərazinin tanklar üçün yararsız olacağından da narahat idi və onları sonrakı əməliyyatlar üçün qorumaq istəyirdi (bəzi bölmələrdə tank itkiləri 100-ün 30-50 nisbətində idi).[43][44] Hitler də narahatlıq içində idi və mayın 24-də Ordunun A Qrupunun baş qərargahını ziyarət edərkən əmri təsdiqlədi.[43][42]
Hərbi-Hava qüvvələri marşalı Herman Görinq Hitleri Lüftvaffenin (Ordunun B Qrupuna[45] kömək edirdi) mütttəfiqlərin ordu birləşmələrini məhv edəcəyinə inandırmışdı. Lakin bunu eşidən General Franz Halder təyyarələrin uçuşunun hava şəraitinə bağlı olduğunu və onların heyətinin çox yorulduğunu bilərək təccüblənmişdi.[46] İki həftəlik döyüşdən sonraLüftvaffenin bunu bacarmadığı bəlli oldu. Rundştedt isə kodsuz göndərilən başqa bir əmr verdi. Əmr saat 12:42-də Kral Hərbi Hava Qüvvələri (RAF) Y xidməti kəşfiyyat şəbəkəsi tərəfindən tutuldu: "Furerin əmri ilə ... Arrasın şimal-qərbindəki hücum Lens – Betune – Aire– St Omer-Qravelin ümumi xətti ilə məhdudlaşdırılmalıdır". Kanal keçilməyəcək.[47][48] Həmin gün Hitler Lüftvaffenin mühasirəyə düşmüş müttəfiq qüvvələrini məğlub etməsi və təxliyələrini dayandırması üçün 13 saylı direktivi verdi. 26 may saat 15:30-da Hitler tank qruplarına irəliləmələrini davam etdirməyi əmr etdi, lakin əksər bölmələr hücuma keçmək üçün 16 saat ləngidilər.[49] Hücumun gecikməsi müttəfiqlərə təxliyə üçün həyati müdafiəni qurmağa vaxt verdi və almanların müttəfiqlərin Lilldən geri çəkilməsini dayandırmasına mane oldu.[50]
Hücumun dayandırılması əmri tarixçilər tərəfindən xeyli müzakirə mövzusu olmuşdur.[51][52] Quderyan Dünkerkə vaxtında hücum əmrinin verilməməsini Almaniyanın Qərb Cəbhəsində əsas səhvlərindən biri hesab edirdi.[53] Rundştedt bunu "müharibənin ən böyük dönüş nöqtələrindən biri"[54] adlandırdı və Manşteyn isə "Hitlerin ən kritik səhvlərindən biri" kimi xarakterizə etmişdir.[55] İngilis tarixçisi B.H.Liddell Hart müharibədən sonra bir çox generallarla bu mövzuda söhbət etmişdir və Hitlerin bu məsələdə strateji düşüncəsinin mənasını izah etmişdir. O, Hitlerin Britaniya əsgərlərinin Avropanın qitə hissəsini tərk etdikdən sonra bir daha geri dönməyəcəklərinə inandığını bildirmişdi.[56]
Sahildə yığılmış müttəfiq qoşunlarını fəlakət gözlədiyi anda, Hitler tanklara hücumu dayandırmasını əmr etdi. Herman Görinqin bütün səylərinə baxmayaraq Lüftvaffe müttəfiq qüvvələrini məhv edə bilmədi.
Müttəfiqlər yaranmış fasilədən məharətlə yararlandılar. Onlar müdafiəni təşkil edə bildilər və dəniz vasitəsilə Britaniya adalarına təxliyə olundular. Evakuasiyanın ilk günündə yalnız 7669 müttəfiq əsgəri təxliyə edildi, lakin səkkizinci günün sonunda 800-dən çox gəmidən ibarət tələsik yığılmış bir donanma ilə ümumilikdə 338,226 min nəfər xilas edildi. Təxliyə əməliyyatında Britaniya Kral Donanmasının 39, Kanada Kral Donanmasının 4,[2] ən azı üç Fransa Donanması hərbi gəmisi və müxtəlif mülki ticarət gəmiləri iştirak etmişdi. Təxliyə məqsədi üçün Müttəfiq komandanlığı dəniz və ticarət donanmalarının bütün mövcud gəmilərini səfərbər etmişdi. Bu əməliyyata 693 Britaniya İmperiyası və təxminən 250 Fransa gəmisi cəlb olunmuşdu. Təxliyə zamanı Fransa 68.000 əsgərini itirdi və demək olar ki, bütün tanklarını, maşınlarını və hərbi avadanlığını sahildə qoymalı oldu. Çörçil iyunun 4-də ki, çıxışında ölkəyə səslənərək “bu qurtuluş əməliyyatına qələbə anlayışı verməmək üçün çox diqqətli olmalıyıq. Müharibələr təxliyələr ilə qazanılmaz" demişdi.[57]
Əməliyyat planını hazırlayan və ona rəhbərlik edən kontr-admiral Bertram Ramsay olmuşdur.[58]
Britaniya mənbələrinin məlumatına görə təxliyə zamanı Dünkerkdən Britaniya adalarına çatdırılanlar:[59][60]
198 229 nəfər britaniyalı hərbçi
139 997 nəfər fransız hərbçi.
Əməliyyat zamanı 262 Lüftvaffe təyyarəsi vurulmuşdu.[59]
İtkilər
Britaniya İmperiyasının canlı və silah-sursatla itkiləri:[60]
Dünkerk xatirə medalı 1960-cı ildə Dünkerk şəhəri adından Fransa Milli Qurtuluş Birliyi və Flandriya Sektoru Veteranları tərəfindən təsis edilmişdir.[61] Medal əvvəlcə yalnız Dünkerkin fransız müdafiəçilərinə verilirdi. Lakin 1970-ci ildə Dünkerk cəbhəsində xidmət edən ingilis qüvvələri və onların xilasetmə dəstələri üzvləri, o cümlədən "kiçik gəmilər"də könüllü olaraq xidmət edən mülki şəxslər də medal alanlar arasına daxil edildi.
Bürüncdən olan medalın dizaynı bir tərəfdən Dunkerk şəhərinin görünüşünü və arxa tərəfdən "Dunkerque 1940" yazısını əhatə edir.[62]