Şəhər | |
Düzkənd | |
---|---|
40°46′53″ şm. e. 43°53′47″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.500 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Düzkənd, Axuryan — Düzkənd rayonunun mərkəzi.[2][3]
Düzkənd İrəvan quberniyasının Aleksandropol qəzasında kənd olmuşdur.[4][5] [133, 89]. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra – 31 dekabr 1937-ci ildə yaradılan Düzkənd rayonunun mərkəzi olmuşdur.[6] XVIII əsrə aid mənbədə — "İrəvan əyalətinin icmal dəftəri"ndə Böyük Düzkənd, Kiçik Düzkənd adlı iki kəndin adı göstərilir[7]. Erməni mənbəyində Düzkənd kəndinin digər adı kimi Böyük Düzkənd göstərilir[8]. Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində[9] qeyd edilmişdir.[6]
Toponim türk dilində "düzənlik, çöl düzəngah" mənasında işlənən düz sözünə[10][11] kənd coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır. Relyeflə bağlı düzələn mürəkkəb quruluşlu toponimdir.[6] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur.[6] 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şiralel nahiyəsində kənd adı kimi qeyd olunmuşdur[12][13]. 1931-ci ildən 1950-ci ilədək Düzkənd rayonu və onun mərkəzinin adı idi.
1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[6]