Dəfnəyarpaq qovaq | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dəfnəyarpaq qovaq |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır.
Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir. Erkəkcikləri 60–65; tozluqları al-qırmızı; yumurtalığın uzunluğu 6 sm-dir, oyuqlu-çılpaqdır. Çiçəkləmə aprel ayının axırı və ya may ayında olur. İyun-iyul ayında meyvə verir.
Çay vadilərində, çınqıllı, qumlu yerlərdə, yamaclarda bitir. Qışa davamlıdır.
Naxçıvan MR-da rast gəlinir.
Avtomobil, dəmir yolları ətrafının yaşıllaşdırmasında tək əkinlərdə istifadə edilir.