Dəlikdaş (Göyçə)

kənd
Dəlikdaş
40°10′04″ şm. e. 45°13′02″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.692 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dəlikdaş xəritədə
Dəlikdaş
Dəlikdaş

Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2][3][4]

Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5], Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur[7][8]

Toponim "dərin, dar çuxur"[9], "mağara"[10] mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir[11][12] Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir[13]. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır.

1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.[14]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. Велиханлы Н. Ибн Хордадбех. Баку,. 1985. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.56
  6. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  7. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. .
  8. Алияров С.С. К эпической биографии Алп Эрена. “Советская тюркология”, 1987, № 6. .
  9. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.62,53
  10. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.61
  11. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  12. Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974. .
  13. Абаев В.И. Историко-этимологический словарь осетинского языка. Том I-IV. .
  14. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәликдаш // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.