Dəliqardaş

Kənd
Dəliqardaş
40°17′21″ şm. e. 45°08′03″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Kəvər rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Sahəsi
  • 66,52 km²
Mərkəzin hündürlüyü 1.990 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 8.309 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dəliqardaş xəritədə
Dəliqardaş
Dəliqardaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəliqardaş, Saruxan (erm. Սարուխան) — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.[2]

Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim qədim türk tayfalarından biri olan tele (>dəli) etnoniminə[5] qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur.

1828 -1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[6].

1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı da yaşamışdır[7].

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  5. Qumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, «Gənclik», 1993. s.21,25
  6. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70-71