Dəmir (II) sulfat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | FeSO4 |
Molyar kütlə | 151,932 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,898 q/sm³ |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7720-78-7 |
PubChem | 24393 |
RTECS | NO8500000 |
ChEBI | 75832 |
ChemSpider | 22804 |
Dəmir(II) sulfat FeSO4 (dəmir kuporosu) - qeyri-üzvi birləşmə, sulfat turşusunun dəmir duzu.
Dəmir (II) sulfat - susuz maddədir, rəngsiz, qeyri-şəffaf, olduqca higroskopikdir. Kristallohidratları higroskopikdir,şəffaf açıq mavi-yaşıl kristallardır, FeSO4•4Н2О tetrahidrat (rosenit) yaşıl, FeSO4•4Н2О monohidrat (smolnokit)rəngsizdir. Güclü büzücü dəmir dadı var.
Parçalanma temperaturu 680 °C –dən yuxarı Dəmir (II) sulfatı durulaşdırılmış sulfat turşusunun dəmir ilə reaksiya zamanı almaq olar:
Digər bir üsul, piritin oksidləşdirici yanmasıdır.
Sənayedə ilmenitdən titan oksid istehsalında yan məhsul kimi alınır.
100 q suda 26,6 q susuz FeSO4 20 0C- də, 54,4 q FeSO4 56 0C –də həll olunur. Dəmir (II) sulfat məhlulları oksigeninin təsiri ilə tədricən oksidləşir və dəmir (III) sulfata çevrilir.
480 0C-dən yuxarı temperaturda parçalanır.
Mürəkkəb istehsalında, boyanmada (yunun qara rəngə boyanmasında) dəmir kuporosu istifadə olunur. Tibdə dəmir çatışmazlığı anemiyasının müalicəsi və qarşısının alınması üçün dərman vasitəsi kimi tətbiq edilir. Kənd təsərrüfatında bağ ağaclarının püskürtülməsində istifadə olunur.