Dəniz qovuqları | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Dəniz qovuqları |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Dəniz qovuqları (Cystoidea) - dərisitikanlıların nəsli kəsilmiş ən primitiv sinfi. Skelet fincan, braxiola və saplaqdan ibarətdir. Kürəvi və ya yumurtavari fincan nizamsız, bəzən nizamlı yerləşən möhkəm bitişmiş məsaməli lövhəciklərdən ibarətdir. Heyvanın bədəni qısasaplaqlı, yaxud saplaqsız, kürə və ya kisəşəkilli qılafda və ya tekada yerləşir. Əsl dəniz heyvanları olub, bentos həyat sürmüş və saplaqla və ya fincanın alt hissəsilə substrata bitişirdilər. Bəziləri dibdə sərbəst uzanırdı. Lövhəciklərin məsamə sisteminə görə iki yarımsinifə bölünür: Diploporata (Ordovik-Devon) və Rhombifera (Ordovik — Silur). Ordovik-devon.