Dərman bitkiləri

Dərman bitkiləri — qədim dövrlərdən bəri kəşf edilmiş və xalq təbabətində istifadə edilmişdir. Bitkilər həşəratlara, göbələklərə, xəstəliklərə və ot yeyən məməlilərə qarşı müdafiə və qorunma da daxil olmaqla, müxtəlif funksiyalar üçün yüzlərlə kimyəvi birləşmə sintez edir.[1] Dərman bitkiləri haqqında ən erkən tarixi qeydlərə Şumer sivilizasiyasına məxsus olan e.ə. 3000-ci ilə aid gil lövhələrdə rast gəlinir. Bu qeydlərdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi yer alır. Qədim Misirə məxsus olan e.ə. təxminən 1550-ci ilə aid Ebers papirusunda isə 850-dən çox dərman bitkisi təsvir edilmişdir. Roma ordusunda işləmiş yunan həkimi Dioskorid e.ə. təxminən 60-cı ildə De materia medica adlı əsərində 600-dən çox dərman bitkisinin istifadə edildiyi 1 000-dən çox dərmanın reseptini sənədləşdirmişdir. Bu əsər təxminən 1 500 il ərzində digər farmakopeyaların əsasını təşkil etmişdir. Dərman axtarışları bəzən farmakoloji cəhətdən aktiv maddələrin axtarışı üçün etnobotanikadan istifadə edir və bu yanaşma nəticəsində yüzlərlə faydalı birləşmə əldə edilmişdir. Bunlara adi dərmanlar olan aspirin, diqoksin, xinintiryək daxildir. Bitkilərdə tapılan birləşmələr müxtəlif olsa da, onların əksəriyyəti dörd əsas biokimyəvi sinifə aiddir: alkaloidlər, qlikozitlər, polifenollarterpenlər.

Dərman bitkiləri sənayeləşməmiş cəmiyyətlərdə geniş istifadə olunur, çünki onlar asanlıqla əldə edilə bilər və müasir dərmanlardan daha ucuzdur. Müalicəvi xüsusiyyətlərə malik minlərlə bitki növünün illik qlobal ixrac dəyərinin ildə 60 milyard ABŞ dolları olduğu təxmin edilir və bu, ildə 6% artır. Bir çox ölkələrdə xalq təbabətinin tənzimlənməsi zəif olsa da, Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz və rasional istifadəni təşviq etmək üçün şəbəkə koordinasiya edir. Dərman bitkilərinin satış bazarı zəif tənzimləndiyinə və tibbi iddiaları dəstəkləmək üçün heç bir elmi tədqiqat aparılmayan plasebo psevdo-elmi məhsulları ehtiva etdiyinə görə tənqid edilmişdir.[2] Dərman bitkiləri həm iqlim dəyişikliyi və yaşayış mühitinin məhv edilməsi kimi ümumi təhlükələrlə, həm də bazar tələbatını ödəmək üçün həddindən artıq yığılma təhlükəsi ilə qarşı-qarşıyadır.[2]

Tarixdən əvvəlki dövr

[redaktə | mənbəni redaktə et]

Bu gün mətbəxdə qida və ədviyyat kimi istifadə edilənlər də daxil olmaqla bir çox bitki tarixdən əvvəlki dövrlərdən dərman kimi istifadə edilmişdir. Ədviyyatlar xüsusilə də isti iqlimlərdə[3][4] və əsas da daha tez xarab olan ət yeməklərində[5] qidanı bakteriyalardan qorumaq və xarab olmasının qarşısını almaq üçün istifadə olunurdu. Çiçəkli bitkilər əksər bitki dərmanlarının əsas mənbəyi idi.[6] İnsan məskənləri çox vaxt gicitkən, zəncirotucincilim kimi dərman məqsədi ilə istifadə olunan alaq otları ilə əhatə olunur.[7][8] İnsanlar müalicə məqsədi ilə otlardan istifadə etməkdə tək deyildilər: primatlar, monarx kəpənəklərqoyunlar kimi bəzi heyvanlar da xəstələndikdə dərman bitkiləri qəbul edirlər.[9] Tarixdən əvvəlki dəfn yerlərindən alınan bitki nümunələri Paleolit xalqlarının bitki mənşəli təbabətlə bağlı biliklərinin olduğunu sübut edən dəlillər sırasındadır. Məsələn, İraqın şimalında yerləşən 60 000 illik Neandertal məzarlığı "IV Şanidar"-da səkkiz bitki növünə aid çoxlu miqdarda tozcuq aşkarlanmış və onlardan yeddisi hazırda bitki mənşəli dərman olaraq istifadə olunur. [10] Həmçinin, bədəni 5 000 ildən çox donmuş vəziyyətdə qalmış Ötzinin şəxsi əşyaları arasında bir göbələk tapılmışdır. Göbələyin tükbaş qurda qarşı istifadə olunduğu güman olunur.[11]

Qədim dövrlər

[redaktə | mənbəni redaktə et]

Təxminən e.ə. 3000-ci illərdən etibarən Qədim Şumerə aid gil lövhələrdə tiryək də daxil olmaqla yüzlərlə dərman bitkisi qeyd edilmişdir. Qədim Misirə aid Ebers papirusunda aloe, çətənə, gənəgərçək, sarımsaq, ardıcmandraqora kimi 800-dən çox dərman bitkisi var.[12][13]

Atxarvaveda, RiqvedaSuşruta-samxitada sənədləşdirilmiş Ayurveda təbabəti qədim dövrlərdən bu günə qədər tərkibində kurkumin maddəsi olan sarıkök kimi yüzlərlə farmakoloji cəhətdən aktiv ot və ədviyyatlardan istifadə etmişdir.[14][15]

  1. Gershenzon J, Ullah C. "Plants protect themselves from herbivores by optimizing the distribution of chemical defenses". Proc Natl Acad Sci USA. 119 (4). January 2022. doi:10.1073/pnas.2120277119. ISSN 0027-8424. PMC 8794845 (#bad_pmc). PMID 35084361 (#bad_pmid).
  2. 1 2 Ahn, K. "The worldwide trend of using botanical drugs and strategies for developing global drugs". BMB Reports. 50 (3). 2017: 111–116. doi:10.5483/BMBRep.2017.50.3.221. PMC 5422022. PMID 27998396.
  3. Tapsell, L. C.; Hemphill, I.; Cobiac, L.; və b. "Health benefits of herbs and spices: the past, the present, the future". Med. J. Aust. 185 (4 Suppl). August 2006: S4–24. doi:10.5694/j.1326-5377.2006.tb00548.x. PMID 17022438. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.
  4. Billing, Jennifer; Sherman, P. W. "Antimicrobial functions of spices: why some like it hot". Quarterly Review of Biology. 73 (1). March 1998: 3–49. doi:10.1086/420058. PMID 9586227. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.
  5. Sherman, P. W.; Hash, G. A. "Why vegetable recipes are not very spicy". Evolution and Human Behavior. 22 (3). May 2001: 147–163. doi:10.1016/S1090-5138(00)00068-4. PMID 11384883.
  6. Angiosperms: Division Magnoliophyta: General Features // Encyclopædia Britannica (volume 13, 15th edition). 1993. səh. 609.
  7. Stepp, John R. "The role of weeds as sources of pharmaceuticals". Journal of Ethnopharmacology. 92 (2–3). June 2004: 163–166. doi:10.1016/j.jep.2004.03.002. PMID 15137997.
  8. Stepp, John R.; Moerman, Daniel E. "The importance of weeds in ethnopharmacology". Journal of Ethnopharmacology. 75 (1). April 2001: 19–23. doi:10.1016/S0378-8741(00)00385-8. PMID 11282438.
  9. (#empty_citation)
  10. (#empty_citation)
  11. Capasso, L. "5300 years ago, the Ice Man used natural laxatives and antibiotics". Lancet. 352 (9143). December 1998: 1864. doi:10.1016/S0140-6736(05)79939-6. PMID 9851424.
  12. Sumner, Judith. The Natural History of Medicinal Plants. Timber Press. 2000. səh. 17. ISBN 978-0-88192-483-1.
  13. Petrovska, 2012. səh. 1–5
  14. Aggarwal, B. B.; Sundaram, C.; Malani, N.; Ichikawa, H. Curcumin: the Indian solid gold. Advances in Experimental Medicine and Biology. 595. 2007. 1–75. doi:10.1007/978-0-387-46401-5_1. ISBN 978-0-387-46400-8. PMID 17569205.
  15. Dwivedi, Girish; Dwivedi, Shridhar. History of Medicine: Sushruta – the Clinician – Teacher par Excellence (PDF). National Informatics Centre. 2007. 10 October 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 October 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]