Dərman sincanotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Dərman sincanotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Dərman sincanotu (lat. Sanguisorba officinalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sincanotu cinsinə aid bitki növü.
Dərman sincanotu (qaraçörəkotu) çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-100 sm, qabırğalı, çılpaq, düzqalxan olub, daxili içiboş və oyuqludur. Kökümsovu yoğun, üfiqi və oduncaqlıdır. Şişman, dolğun kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzərdir. Kök üstündə olan yarpaqları 7-25 ədəd, iri, uzunsaplaqlı, cüt olmayan lələkli, gövdə yarpaqları isə oturaq, tədricən yuxarıya doğru getdikcə azalır. Yarpaqlarının uzunluğu 2,6-6 sm, uzunsov yumurtaşəkilli, itidişcikli, bəzən çəpərli, yuxarı tərəfi tünd-yaşıl, parlaq, aşağı tərəfi isə tutqun-göyümtüldür. Çiçəkləri tünd-qırmızı və ya tünd-purpur, oval uzunsov başcıqlı, oturaq olub, uzunluğu 1,5-3 sm olan bitkidir.
Quru çöllərdə, çaybasar çəmənliklərdə, seyrək meşələrdə, talalarda, kolluq pöhrəliklərdə, bataqlıq və sututarların sahillərində rast gəlinir.
Əsasən Sibir, Ural, Tatarıstan və Başqırdıstan ərazilərindən meyvələr yetişən zaman tünd-qırmızı olduğu zaman (avqust-sentyabr) toplanılır. Yabanı çoxillik dərman qaraçörəkotunun kökümsovu və kökləri payızda meyvəvermə dövrü (avqust-sentyabr) başladıqda əl ilə toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Xammal kimi günəş altında sərilməli və sonra yaxşı ventiliyasiyalı çardaxlarda və ya 50-60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
İysiz və büzücü dadlıdır. Quru yerdə saxlanılmaqla (5 il), işıqdan qorunmalıdır.
Kökümsov və köklərində polifenol kompleksləri, yeraltı orqanlarının tərkibində 12-13% aşı maddələri, qall, pirroqall, katexin, hallokatexin, flavonoidlər və ellaq turşuları, nişasta (29%), saponinlər – sangvisorbin, askorbin turşusu, efir yağları (1,8%), kalisium oksalat (5%), karotinoidlər vardır.
Büzücü dərmandır. Polifenol birləşmələrə görə büzücü, iltihabsorucu, qankəsici və orqanizmi möhkəmləndirici dərmandır. Ləmbilə, trixomonoz kolpiddə, dezinteriya, qarın yatalağı və paratiflərdə təyin edilir.
Kökümsov və köklərindən bişirmə və maye ekstrakt şəklində büzücü, antiseptik və qankəsici dərman kimi mədə-bağırsağın xroniki xəstəliklərində, enterkolitdə, ishal və dezinteriyada, ağciyər xəstəliklərində qanhayxirmada və uşaqlıq qanaxmalarında təyin edilir.