Dərviş Zaim | |
---|---|
türk. Derviş Zaim | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1995-ci ildən |
Təhsili | |
IMDb | ID0952077 |
derviszaim.com |
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri.
Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir.
Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır. 1992 və 1995-ci illər arasında televiziya rejissorluğu və ssenaristliyi edən Derviş Zaim bir çox TV proqrama quruluş vermişdir. 1995-ci ildə ilk romanı "Ares möcüzələr diyarında" ilə Türkiyədə Yunus Nadi Roman Mükafatını qazanmışdı. Dərviş Zaimin tammetrajlı və sənədli filmləri bir çox mükafatlara görüldüyü Türkiyə və beynəlxalq film festivallarında nümayiş olunmuşdur.