Dərəbas

kənd
Dərəbas
39°26′24″ şm. e. 46°07′20″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 28,09 km²
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 556 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dərəbas xəritədə
Dərəbas
Dərəbas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DərəbasYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]

Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir[3]. Kəndin adı 844-cü ildən çəkilir[4].

Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə[5] türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün[6] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur.

Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır[7].

1916-18-ci illərdə azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından qovularaq kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.185
  5. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.74
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.2, СПб, 1911. s.152
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147)