Dəstərxan (fars. دسترخوان, tac. дастархон, urdu دسترخوان, qaz. дастарқан, qırğ. дасторкон, özb. dasturxon; дастурхон, türk. Dastarhan) — Orta Asiya, Türkiyə və bəzi digər Şərq ölkələrində yemək mərasimi zamanı üzərinə yemək düzülən süfrə və ya 30–35 sm hündürlükdə masa.[1] Yemək yeyənlər dəstərxanın ətrafında əyləşirlər.
Adətən "dəstərxan" sözü ilə təkcə yemək süfrəsini yox, həm də Orta Asiya yemək prosesini də ifadə edirlər.