Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik məhəlləsində anadan olmuşdur.[4] Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub.[5][6][7][8][9] Atası 1969-cu ildə qətlə yetirilmişdi. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb. 1982-ci ildə çəkilən "48 Saat" filmi ona ilk uğurunu gətirir.
1983: Onun yumorist komediya albomuna görə "Qremmi" mükafatı
1990: Ən pis ssenarisi yazılan "Qarlem gecələri" filminə görə ,, Qızıl moruq " mükafatı
1997: "Ağlı çaşmış professor" filminə görə ən yaxşı aktyor (beynəlxalq film cəmiyyəti tənqidçilərin mükafatı "Academy of Science Fiction", "Fantasy & Horror Films", USA), ilk dəfə "Oskar" mükafatına layiq görülmüşdür.
2007: "Arzuların qızı" filmində ikinci planda oynayan ən yaxşı aktyor (film aktyorları gildiyasının mükafatı "Broadcast Film Critics Association Award"), "Oskar" mükafatına layiq görülmüşdür.
2008: "Norbitanın biclikləri" filmində görə ikinci planda oynayan ən pis aktyor ("Qızıl moruq" mükafatı)