Edinburq Mərkəzi Kitabxanası | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1890 |
Ünvan | Edinburgh Central Library, 7-9 George IV Bridge, Edinburgh EH1 1EG |
Sayt | edinburgh.gov.uk/directo… |
![]() |
Edinburq Mərkəzi Kitabxanası — Şotlandiyanın Edinburq şəhərində ilk ictimai kitabxana.
Kitabxananın yaradılması xeyriyyəçi Endrü Karnegi tərəfindən 50.000 funt-sterlinq dəyərində maliyyələşdirilib.[2][3][4] 9 iyul 1887-ci ildə Edinburq şəhəri İctimai Kitabxanalar Qanununu qəbul etdi və Karnegi memar Corc Vaşinqton Braunun Fransız İntibah dövrü üslubunda inşa edəcəyi binanın təməl daşını qoydu. Bina IV Corc körpüsündən yuxarıda Edinburqun Köhnə şəhəri tərəfdə yerləşir.
Kitabxananın fasadı həmçinin Edinburq şəhərinin gerbini, Şotlandiya gerbini və Kral silahlarını əks etdirən daş oymalarla bəzədilib.[5] Əsas qapının üstündə Karnegi maliyyələşdirdiyi hər kitabxananın girişinin yuxarısında israr etdiyi “Let There Light (Həmişə işıq olsun)” şüarı var.[6]
Kitabxana bu illər ərzində bir neçə dəfə uyğunlaşdırılıb və genişləndirilib.[7] 2014-cü ilin may ayında əsas kitabxana binasında yeni uşaq və musiqi kitabxanaları açılmışdır. Əvvəllər onlar ayrı binada yerləşirdilər.
Bütün Edinburq ictimai kitabxanalarında olduğu kimi kitabxana kolleksiyaları Konqres Kitabxanasının təsnifat sistemindən istifadə etməklə təşkil edilir. Edinburq Mərkəzi Kitabxanasının kolleksiyasında əsas zalda nümayiş etdirilən üç Şotlandiya kitab heykəli var. Heykəllər 2011-ci ildə Edinburq Beynəlxalq Kitab Festivalı zamanı bu əsərləri bir sıra digərləri arasında ədəbi platformalarda qoyan anonim bir rəssamın işidir. Heykəllər böyüdücü şüşə, bir fincan çay və “kitabda itən” kiçik bir personajı təsvir edir.[8]