Edit Farkaş

Edit Farkaş
mac. Farkas Edit Erzsébet
Doğum tarixi 13 oktyabr 1921(1921-10-13)
Doğum yeri
Vəfat tarixi 3 fevral 1993(1993-02-03) (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sümük xərçəngi[d]
Elm sahələri elm, Ozon təbəqəsi
Təhsili

Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın.[1] Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib.[1]

Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə[2] Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi[1][3] miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur.[2]

Farkaş ozon tədqiqatçısı və meteoroloq idi.[4] O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.[4][5]

Farkaş otuz ildən çox - 1950-ci illərdən 1986-cı ildə təqaüdə çıxanadək ozon monitorinqi sahəsində dünyanın aparıcı araşdırmalarını həyata keçirərək ozonun müşahidəsini aparmışdır. 1960-cı illərdə onun işi getdikcə daha çox Dobson ozon spektrofotometri ilə ümumi ozonun ölçülməsini ehtiva edən atmosferik ozonun öyrənilməsinə çevrildi.[3][4] O atmosferik ozon maraqlarının tədqiqinə həsr olunmuş atmosfer sahəsi üzrə elm adamlarının kiçik beynəlxalq qruplarından birinin üzvü idi, hansı ki həmin qrup o dövrdə atmosfer sirkulyasiyasının tədqiqatlarına kömək etmək üçün nəzərdə tutulmuşdu.[6] Onun fəaliyyəti dünyanın çirkləndirməyə qarşı münasibətinin həmişəlik dəyişməsinə səbəb olan ozon dəliyinin aşkar edilməsinə böyük töhfə vermişdir. Atmosfer ozonunun ölçülməsinə olan marağı təbii olaraq, onun təcrübi biliklərinin hava səthinin çirkləndirilməsi ilə bağlı tədqiqatların tərkib hissəsi kimi ozon qatının monitorinqində və atmosferdəki bulanıqlığın ölçülməsində tətbiqinə gətirib çıxardı.[1]

Farkaş 1975-ci ildə Antarktikaya ayaq basmış ilk macar qadın və həmçinin Yeni Zelandiya Meteoroloji Xidməti heyətinin ilk qadın üzvü idi.[4] Onun İkinci Dünya müharibəsinə dair gündəlikəri "The Farkas Files" kitabının əsasını təşkil edir.[4]

Vəfatı və xatirəsi

[redaktə | vikimətni redaktə et]

Farkaş 1986-cı ildə təqaüdə çıxdıqdan sonra[7] Yeni Zelandiya Meteoroloji Xidmətinin Henri Hill mükafatına layiq görülən ilk qadın idi.[1] 1988-ci ildə Almaniyada Dördillik Ozon Simpoziumunda ozon tədqiqatına 30 illik töhfəsi üçün xüsusi təşəkkür almışdır.[1] Edit karyerası ilə bağlı bir sıra şəxsi əşyaları və digər əşyaları, o cümlədən Antarktidadan süxur nümunələri, fotoşəkillər, nəşrlər və cənub qitəsində qaldığı zaman yazdığı romanın orijinalını muzeyə bağışlamışdı. Uzun müddət sümük şişinə qarşı mübarizə aparmış[2] və 3 fevral 1993-cü ildə Vellinqtonda vəfat etmişdir.[7]

  1. 1 2 3 4 5 6 "Rosslyn Shanks". iwonderweather. 2015-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  2. 1 2 3 Balázs, Dénes. "In Memoriam: Farkas Edit—Antarktika Kutatója (1921-1993)". Földrajzi Múzeumi Tanulmányok (Hungarian). Budapest, Hungary: Magyar Földrajzi Múzeum (12). 1993: 109–110. 23 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2016. and Balázs, Dénes. "In Memóriám: Farkas Edit—Antarktika Kutatója (1921-1993) PART 2". 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  3. 1 2 McGlone, Matt; Clarkson, Tom; Fitzharris, Brian Blair. Unsettled-outlook: New Zealand and the greenhouse effect. Wellington, New Zealand: GP Books. 1990. səh. 61. ISBN 978-0-477-01465-6.
  4. 1 2 3 4 5 "The Farkas Files Book 425698". www.bookemon.com. Bookemon. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  5. Taylor, Rowan; Smith, Ian. The State of New Zealand's Environment, 1997. Wellington, New Zealand: New Zealand Government - Ministry for the Environment. 1997. səh. 10. ISBN 978-0-478-09000-0. 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  6. Bojkov, Rumen D. "The International Ozone Commission (IO3C) Its history and activities related to atmospheric ozone" (PDF). 2016-09-19 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  7. 1 2 Munster, R. "Edith Elisabeth Farkas 1921-1993". Földrajzi Múzeumi Tanulmányok (English). Budapest, Hungary: Magyar Földrajzi Múzeum (12). 1993: 110. 23 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2016.