Edo dövrü (江戸時代,Edo jidai?) və ya Tokuqava dövrü (徳川時代,Tokuqava jidai?) — Yaponiya tarixində1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi.[1] Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.
1611: Ryukyu adaları Satsuma vilayətinin vassalına çevrilir.
1614: Tokuqava İeyasu Yaponiyada xristianlığı qadağan edir.
1615: Osaka döyüşü. Tokuqava İeyasu Toyotomi ailəsinin əlində olan Osaka qalasını mühasirəyə aldı. Tokuqavanın hakimiyyəti bütün Yaponiyada məşhurlaşdı.
1616: Tokuqava İeyasu vəfat edir.
1623: Tokuqava İemitsu üçüncü şoqun seçilir.
1633: Tokuqava İemitsu xaricə səfər etməyi və xarici kitablar oxumağı qadağan edir.
1635: Tokuqava İemitsu daymyoların üzərinə icbari şəkildə bir il Edoda xidmət etmək mükəlləfiyyətini (sankin kotay) qoydu.
1637: Yüksək vergilərdən bezən kəndlilər Şimabara üsyanını (1637–38) başlatdılar.
1638: Tokuqava İemitsu gəmi tikintisinə qadağa qoydu.
1639: Milli özünütəcrid (Sakoku Rey) fərmanı verildi. Hollandlardan başqa bütün digər xaricilərin Yaponiyaya girişinə qadağa qoyuldu.
1641: Tokuqava İemitsu çinli və hollandlardan başqa bütün xaricilərin Yaponiyaya gəlməsinə qadağa qoydu.
1650: Sülhün bərqərar olması ilə yeni zadəgan təbəqəsi, buşido ("döyüşçünün yolu") qaydalarına riayət edən savadlı döyüşçülər formalaşdı.
1657: Böyük Meyreki yanğını Edo şəhərinin böyük hissəsini məhv etdi.
1854: ABŞ Yaponiyanı ticarət sahəsində "Kanaqava müqaviləsi"ni imzalamağa məcbur etdi. Bu müqavilə iki əsr sonra yenidən Yaponiyanı xaricilərin üzünə açdı.
1855: Rusiya və Yaponiya diplomatik əlaqələr qurdular.
1864: Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Şimonoseki limanını bombalayırlar və xaricilərin istifadəsinə daha çox yapon limanının açılmasına nail olurlar.
1868: Tokuqava Yoşinobu hakimiyyətdən imtina edir, Tokuqava şoqunatınin hakimiyyəti bitir və paytaxtı Tokioda olmaqla və ilahi xüsusiyyətlərə malik olan imperator (yaxud mikado) hakimiyyəti bərpa olunur.
Edo dövrü kütləvi mədəniyyətdə bir çox işlərin mövzusudur. Bura romanlar, dram əsərləri, filmlər, televiziya şouları, cizgi filmləri və manqalar aiddir.
Roberts, Luke S., Performing the Great Peace: Political Space and Open Secrets in Tokugawa Japan, Hawaii: University of Hawaii Press, 2012, ISBN0824835131