Edriasteroidealar

Edriasteroidealar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Edriasteroidealar
Beynəlxalq elmi adı
  • Edrioasteroidea

Edriasteroidealar (Edrioasteroidea) — Exinozoa (Echinozoa) yarımtipinə mənsub olan bu sinifin nümayandələri kiramit kimi bir-biri üzərinə yatan, çoxsaylı lövhəciklərdən ibarət, yastı alt və qabarıq üst hissəsi olan, dairəvi və ya beşkünc en kəsikli kürəvi və ya diskşəkilli fincandan ibarətdir. Üst hissənin mərkəzində ağız dəliyi yerləşir. Bu dəlikdən lövhəcikləri düz və ya oraq şəklində düzülmüş ambulakral sahələr ayrılır. Anus dəliyi ambulakrallar arasında interambulakrallardan birində yerləşir. Qolları yoxdur. Sərbəst və ya dibə təhkim olunmuş bentos həyat keçirən heyvanlardır. Vend, kembri – erkən karbon.

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.