Eesti Raudtee | |
---|---|
Ölkə: | |
Tipi: | Səhmdar Cəmiyyəti |
Qərargahı: | Tallin |
Təsis etmə tarixi: | 1992 |
Veb-saytı: | www.evr.ee |
Eesti Raudtee (EVR) — Estoniyanın milli dəmiryolu şirkəti. 1992-ci ildə Pribaltika dəmiryollarının Estoniya hissəsinin bazasında təşkil edilmişdir.
Eesti Raudtee şirkətinə aid olan yolların uzunluğu 691 km-dir (hamısı 1520 mm). Şirkət həmçinin Estoniyada dəmir yolu ilə yük daşımalarını təmin edir. Tallin yaxınlığında sərnişin daşınması (elektrikləşdirilmiş xətlərin uzunluğu 192 kmdir) Elron tərəfindən (əvvəllər Elektriraudtee) həyata keçirilir. Edelaraudtee şirkətləri qrupuna isə Tallinn - Lelle - Pyarnu və Lelle - Vilyandi ensiz dəmiryolu xətti daxildir. Eesti Raudtee xətlərinin kilometrlərində bu sahələr nəzərə alınmır. Şirkət daxili olan yük daşınması, yerli sərnişin daşınması (dizel qatarları ilə təchiz edilmiş) və beynəlxalq daşımalarda iştirak edir (yalnız Tallinn - Moskva qatarını təmin edir).
Mənbə[1] | Yükdaşıması, mln. ton-kilometr (netto) | Yerli daşımaların həcmi, mln. ton | Beynəlxalq daşımaların həcmi, mln. ton |
---|---|---|---|
2001 | 8199 | 5.5 | 33.2 |
2002 | 9559 | 3.7 | 38.4 |
2003 | 9257 | 3.8 | 38.5 |
2004 | 9798 | 2.9 | 40 |
2005 | 10259 | 3.7 | 40.5 |
2006 | 10267 | 3.2 | 41.1 |
2007 | 8121 | 4.9 | 31.8 |
2008 | 5581 | 4.06 | 22.01 |
2009 | 5591 | 2.84 | 22.54 |
2010 | 6251 | 4.25 | 25.38 |
2011 | 6034 | 5.42 | 25.09 |
2012 | ? | ? | ? |
2013 | 4392 | 3.6 | 20.75 |
2014 | 2946 | 3.5 | 15.8 |
2015 | 2867 | 2.5 | 12.9 |