Ejen de Boharne | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1781[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1824[1][2][…] (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, zabit, hərbi qulluqçu, rəsm kolleksioneri[d] |
Anası | Jozefina Boharne |
Uşaqları | |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Qoşun növü | süvari, piyada |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ejen de Boharne (fr. Eugène de Beauharnais, [øʒɛn də boaʁnɛ]; 3 sentyabr 1781[1][2][…], Paris[3] – 21 fevral 1824[1][2][…], Münxen[3]) fransız zadəgan, dövlət xadimi və Fransa İnqilab Müharibələri və Napoleon müharibələri zamanı xidmət etmiş hərbi komandir idi.
Anası Jozefina Boharnenin Napoleon Bonapartla evlənməsindən sonra Bonapartın ögey oğlu oldu. Fransız imperiyası dövründə imperatorun ögey və övladlığa götürdüyü oğlu kimi nüfuzu yüksəlsə də vəliəhd ola bilmədi.. Napoleon müharibələri zamanı İtaliya ordusuna komandanlıq etmiş və ögey atasının rəhbərliyi altında İtaliya Krallığının vitse-prezidenti olmuşdur. Tarixçilər onu Napoleonun ən bacarıqlı qohumlarından biri hesab edirlər.[4]