Ekogeologiya

Ekogeologiya — geoloji elmlərin litosferin ekoloji funksiyalarını, biotun, xüsusilə insanın həyat fəaliyyəti ilə əlaqədar olaraq təbii və texnogen amillərin təsiri altında onların formalaşması və zaman-məkan dəyişmələrinin qanunauyğunluqlarını öyrənən yeni istiqaməti. Nəzəri baxımdan ekoloji geologiya predmeti bütün komponentləri ilə birlikdə litosferdir; praktiki baxımdan isə sonuncunun əsasən təbii və texnogen təsir zonasını əhatə edən səthəyaxın (litosferin üst horizontları) hissəsidir. V.T.Trofimov və D.Q. Zilingə (1999) görə, ekoloji geologiya üç tip məsələni (morfoloji, retrospektiv və proqnoz) tədqiq edir. Morfoloji məsələlər analiz edilən sistemin tərkibini, halını və xassələrini, bütövlükdə onun ekogeoloji mühiti ilə bağlı olan aspektləri əhatə edir. Retrospektiv məsələlər keçmişə yönəlməklə tədqiqat obyektinin formalaşma tarixini, onun müasir keyfiyyətinin formalaşmasının öyrənilməsi (bərpası) ilə məşğul olur. Proqnoz məsələləri müxtəlif təbii və texnogen mənşəli səbəblərin təsiri altında tədqiq olunan sistemin davranışı və inkişaf tendensiyası ilə bağlıdır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]