Elayza Teylor | |
---|---|
Doğum adı | Eliza Jane Taylor-Cotter |
Doğum tarixi | 24 oktyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2003-cü ildən |
IMDb | ID1343638 |
Vikianbarda əlaqəli mediafayllar |
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa.[1]
Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi.[2]
Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.[3]
2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi. O bu rolu müsahibə vermədən, sadəcə olaraq, prodüserlərə öz tərcümeyi-halını video şəklində göndərməklə aldı. Premyerası 19 mart 2014-cü ildə baş tutdu.[4]
2016-cı ildə Elayzanın Daniel Uebberlə birlikdə oynadığı "Thumper" filmində Ket Karter rolunu aldığı məlum oldu.
Elayza rəfiqəsi Claire Wyndham ilə birlikdə Taylandın Tau adasında qeyri-kommersiya məqsədi daşıyan Tau Beynəlxalq İbtidai Məktəbini qurdular.[5]
7 iyun 2019-cu ildə Taylor "100" filmində həmkarı Bob Morli ilə gizli şəkildə evləndiyini, 7 fevral 2022-ci ildə isə hamilə olduğunu elan etdi. 18 mart 2022-ci ildə uşağı dünyaya gəldi.[6][7]