Elektrenay | |
---|---|
Elektrėnai | |
54°47′19″ şm. e. 24°39′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 18 iyul 1961 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 95 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 528 |
Poçt indeksi | LT-26001 |
Digər | |
elektrenai.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Elektrenay (lit. Elektrėnai) — Litvada şəhər.
Elektrenayın yaradılmağa başlandığı gün 18 iyul 1960-cı il- gələcək elektrikstansiyanın simvolik olaraq ilk kərpici qoyulduğu gün hesab olunur. İstilik stansiyasının ətrafındakı qəsəbəni (o dövrdə Litva SES-i Litvanın ən böyük elektrikstansiyası idi, onun səkkiz blokunun ümumi gücü 1800 MBt təşkil edirdi) demək olar ki, SSRİ-nin 40 milliyətindən olan insanlar tikiblər. Daha sonralar bir sıra siyasi məhbuslar və sürgünlərin geri dönmək məsələsi həll olundu. 1962-ci ildə qəsəbənin adı elekrik şərəfinə, -enay şəkilçisi artırmaqla adlandırıldı.
Məlumdur ki, Elektrenay dənizin suları ilə əhatə olunmuş Anikştos, Yaqudis, Puykinas, Pyarkunkemis, Raystines, Şarkines və s. kəndlərində daş dövründə insanlar yaşayıblar. XIV əsrdən ətraflar Trakay knyazlığına məxsus idi. Böyüklüyünə görə Elektrenay dənizi onlarla adaları və körfəzləri ilə Litvanın süni göllərinin arasında üçüncü yeri tutur. Onun uzunluğu 11 km, eni isə 3 km-dir. Ən dərin yeri – 31 m-dir.
Elektrenay muxtariyyəti – su resursları ilə zəngin olan Litvanın muxtariyyətlərindən biridir. Onun ərazisində 101 ədəd göl yerləşir. Ən böyük və dərin gölləri – Veviss (294.5 ha), İlgis (154.2 ha), Vaysetisdir (89.7 ha). Təbii göllərdən əlavə muxtariyyət süni göllərlə də zəngindir. Onlardan ən iriləri – Pastrev su anbarı (87.5 ha) və Elektrenay dənizidir (1289.6 ha). Hovuzlar və göllər bir biri ilə arxlar, axınlar və çaylar sistemi ilə bağlıdır. Onlardan ən sürətliləri və bol sulu olanları Streva, Brajuole, Jejmara və Spenqla çaylarıdır. Elektrenay əyləncə və turizm inkişafı mərkəzinə Buz sarayı, "Uşaq aləmi" attraksion parkı, su hovuzu və yaxt-klub kompleksi daxildir. Elektrenay Buz sarayı 1973-cü ildə tikilmişdir. Bu Litvada birinci süni buz katoku idi. Tanınmış litva xokkeyçiləri burada öz peşəkar idman karyerasını başlamışdılar. Bunlar Daryus Kasparaytis, Daynyus Zubrus, Eqidiyus və Daynyus Burba olmuşlar. Buz meydanında eyni vaxtda 200 nəfərə kimi insan sürüşə bilər. 1986-cı ildə təməli qoyulmuş "Uşaq aləmi" attraksion parkı maydan oktyabr ayına kimi işləyir, hovuz və hamam kompleksi isə il boyu fəaliyyət göstərir. Burada idman zalları, bilyard və tennis stolları kirayə götürülür, oyun avtomatları işləyirlər. 1969-cu ildə tikilmiş Elektrenay yaxt-klubu isə öz təmirini gözləyir.
Muxtariyyətin ərazisində 4 ədəd muzey yerləşir : Ədəbiyyət və İncəsənət muzeyi, Yollar muzeyi, Litva Geologiya muzeyi və Ketavişkas baş məktəbinin ölkəşünaslıq muzeyi. Daugirdişkyu kəndinin təpələri, Baltik silsiləsindəki Qyadanonislar dağı və Qrabiyolu kəndi, Zabriyanın möcüzəli bulağı ən əsas və çox baş çəkilən obyektlər sayılırlar. Panyaryay kurqanları, Abromişkyay malikanəsi, Miyauqonyay və Kareyvonyay şəhərləri, Alinkos və Qoyaus kurqanları, qədim Qedraytişkyu qəbiristanlığı da diqqətə layiqdirlər.
Elektrenay muxtariyyəti 8 syanyunyadan ibarətdir. Elektrenay syanyunyasına Elektrenay şəhəri və 13 kənd aiddir. Elektrenay eyniadlı dənizin sahilində yerləşir. Bura şəhər əhlinin ən sevimli istirahət yeridir. 1996-cı ildə Elektrenayda çox əzab çəkmiş Mariya kraliçasının katolik kilsəsi tikilmişdir, o da Litvanın xaç suyuna salmanın yeddinci yüzilliyinin başlanğıcını simvollaşdırır. Orada tövbə etmə axşamları, dini musiqinion konsertləri təşkil edilir.
Elektrenay muxtariyyətinin ikinci şəhəri Vevis şəhəridir, o da syanyunyanın mərkəzidir. Bu syanyunyaya 24 ədəd göl daxildir. Onlardan ən irisi Vevis gölüdür. Yazılı mənbələrdə ilk dəfə şəhərin adı hələ 1539-cu ildə çəkilir. 1600-cü ildə Oginskis knyazlarından biri Vevisda uniat kilsəsini tikib və monastırın əsasını qoyub. XVII əsrin əvvəlində Vevis Müqəddəs-ruhi monastırında Litvanın birinci mətbəəsi təsis edilmişdi. 1660-cı ilə qədər bu mətbəə 25 ədəd rus və litva dilində kitab buraxmışdır. XIX əsrin ikinci yarısında şəhərin inkişafı başlandı, Varşavadan Peterburqa dəmir yolu çəkildi.
Syamyalişkis syanyunyasına aid olan qəsəbə ilk dəfə 1377-ci ildə Xaçlıların Orden salnaməsində qeyd edilir. Litva kolonizasiyasının vaxtlarında Semyalişkyu torpaqları böyük litva knyazları Kazimeras və Aleksandras qardaşlarına məxsus idi. XIX əsrin axırında, rus müstəmləkəçiləri gələndə şəhərin min nəfərə qədər əhalisi var idi. Syamyalişkis yarmarkaları (ticarət bazarları) çox məşhur idilər, buraya heyvanların satın alması üçün Rusiya, Almaniya, İngiltərədən camaat gəlirdi. Şəhər kimi Semyalişkes XIV əsrdən XIX əsrin axırlarına kimi formalaşıb, burada üçbucaq sahəli planlı-nizamlı tikilmələrin üstünlüyü saxlanılıb və urbanizm abidəsi kimi dövlət tərəfindən qorunur. Müqəddəs Laurinasın prixod katolik kilsəsində bir çox dəyərli incəsənət əsərləri var. Bunlar Litvada nadir hallarda rast gəlinən ikonoqrafiyalı, XVIII əsrə aid olan Müqəddəs Rokasın möcüzəli surəti, Müqəddəs Kazimerasın səyyar mehrabı və s.dir. Zəng qülləsində üstü yazılı 3 zəng var. Onların ikisi XVIII əsrdə hazırlanıb, üçüncüsü isə qotik yazısı ilə Litvada ən qədimlərdən biridir və XV əsrin əvvəlinə tarixlənir.
Elektrenay- Litvanın şərq hissəsində, Vilnyusdan 40 km qərbdə yerləşən şəhərdir.
Bu ərazilərdə ən gözəl mənzərələrdən biri Dauqirdişkyu gölü və ya Semyalişkesdən 6 km şərqdə yerləşən Manio gölüdür. Onun sahəsi 101 hadır və ona iki ada daxildir. Bu adalardan böyüyündə Dauqirdişkay malikanəsi yerləşirdi. Burada Romerislər tərəfindən böyük saray ucaldılmışdı, lakin onun düzəldiləsi başa çatmamışdı. Açıq havada zirvəsindən hər iki tarixi şəhərin-Vilnyus və Trakayın göründüyü Dauqirdişkes kəndinin təpələri çox məşhurdu. Bu Dauqirdişkay meşəsini və onun gözəl mənzərələrini əhatə edən tarixi Trakay milli parkının qərb hissəsidir. Kazokişkay syanyunyasının geniş sahəsini meşələr təşkil edir. Onların bir hissəsi Nyaris regional parkına məxsusdur. Park Nyarisin hər iki tərəfindən Elektrenay və Vilnyus muxtariyyətlərinin əraziləri boyu uzanır. Bioloji müxtəlifliyin qorunması üçün Brajuoles və Vyarpyu müvəqqəti qoruqları yaradılıb, orada bitkilərin nadir və yox olmaqda olan növlərini yetişdirirlər. Unikal mənzərə obyektlərin qorunmasına böyük əhəmiyyət verilir. Bu Veyqyalişkis palıdıdır və "Palıdların Kraliçası"dır. Dukştu, Vyalnyakampe, Byarjyuko, Kule və Svilişkyu qoruqlarında unikal landşaft qorunub saxlanılır. Orada məşhur Dukştas palıd meşəsi uzanır, yarğanlarda balaca göllər Vyalnyakampe, Byarjyuko, Karalaytes və Vyarpyu var, Saydjyay bulağının başlanğıcı da buradadır. Çox qiymətli Alioses, Çakones və Semenyuku təbiət kompleksləri də qorunanlara aiddirlər. Kazokişkesin adı ilk dəfə 1609-cu ildə çəkilib. Onda VKL xəzinədarı Stanislovas Beynartas Kazokişkesi Paparçyay dominikanlarının adlarına yazıb, onlar da orada təsərrüfat tikilisi palivarkas (təsərrrüfat ehtiyacları üçün təyin olunmuş ərazinin bir hissəsi) yaradıblar. Kazokiçkaydan şimala 7 km aralıqda Nyaris çayının yanında Kernave ilə üz-üzə Mitkişkyu kəndi yerləşir. Burada Nyaris çayına Sukra çayı tökülür, hansının ki, yanında üstündə insan izi olan məşhur daş var. Pastreva syanyunyanın mərkəzi olan Pastrrevis kəndinin adı tarixdə XVII əsrdən çəkilir, o vaxtlar ki, çar Russiyadan sürgün edilmiş köhnə təriqətçilər Streva çayının yanında məskən salıblar. XX əsrin əvvəlində Streva çayında tikilmiş su dəyirmanı kəndin birinci müəssisəsi idi. 1952-ci ildə Streva çayında bənd çəkilib və suelektrikstansiyası tikilib. 1960-cı ildə dövlət rayon elektrik stansiyasının tikintisi başlanandan sonra bu ərazidə xüsusi mühüm canlanma oldu. Ketavişkes syanyunyası İlgis gölünün ornitologiya qoruğu sayılır, burada 74 müxtəlif növdə quşlar məskunlaşır, onların çoxu Litvanın Qırmızı kitabında qeydə alınıblar. Vilnyus-Kaunas dəmiryol qolunun yaxınlığında Giluçyay syanyunyası yerləşir. Elə hesab edilir ki, Giluçyay kəndinin adı "gilu" (dərin) və "çya" (burada) sözlərindən əmələ gəlib, çünki Belorusiyadan taun xəstəliyindən qorunmaq üçün qaçan insanlar qalın meşənin ortasında yarğanlarda məskunlaşırdılar. Onlar hesab edirdilər ki, burada xəstəlik tutmayacaqlar. Giluçyayın yaxınlığında Qabrilyavos və Miyaiqonyay malikanələri, Miyaiqonyay şəhəri yerləşirdi. Litva mətbuatına qadağa qoyulan vaxtlarda Giluçyayda kitab paylayan Pyatras Qudyalis yaşayıb. Beyjionyay syanyunyasının mərkəzi yaxınlığında Beyjionyay şəhəri yerləşir. Bu rayonun memarlıq abidələrindən biridir. Bu syanyunyas xüsusi əhəmiyyət kəsb edir, çünki burada gənc Elektrenay syanyunyasında birinci kənd icması yaranmışdır. Muxtariyyət ərazisinin çox yaxşı coğrafi vəziyyəti və rahat yolları (ərazidən Vilnüs-Klaypeda şosesi və əsas dəmiryolu keçir), Litvanın böyük şəhərləri olan Vilnyus və Kaunasın yaxınlığı şəhərin genişlənməsinə təkan verir. Burada bitkiçilik və heyvandarlıq sahələri sürətlə inkişaf edir, böyük quşçuluq kompleksləri fəaliyyət göstərirlər. Energetika sənayəsi yaxşı inkişaf edib, Litva elektrik stansiyası fəaliyyət göstərir, balıqçılıq, parnik təsərrüfatı və ağacemaledici sənayəsi inkişaf edir. Müəssisələrin çoxu Vevisda, Elektrenayda və Ketavişkesda yerləşir.
2006-cı ilin məlumatlarına əsasən Elektrenay muxtariyyətində 28240 nəfər əhali yaşayırdı.