Elektronik musiqi (ing. Electronic music) və ya elektronika — elektron musiqi aləti və elektron musiqi texnologiyasının köməyi ilə yaradılan musiqi növüdür. İlk elektron musiqi alətləri XX əsrin əvvəllərində ixtira olunmağa başlamışdır. Lakin, elektronik musiqinin sərbəst bir janr kimi tanınmağa başlaması XX əsrin ikinci yarısına təsadüf edir.
Elektronik musiqi, elektron texnologiya və elektromexaniki musiqi alətlərinin yaratdığı səslərin köməyi ilə ifa edilir.
Elektronik musiqi əvvəllər ancaq qərb akademik musiqisi ilə əlaqələndirilsə də, 60-cı illərin sonunda sintezatorların qiymətinin aşağı düşməsi nəticəsində, bu anlayış da tamamilə dəyişmişdir. Bu gün, elektronik musiqi dedikdə, eksperimental musiqidən tutmuş, populyar elektronik rəqs musiqisinə qədər böyük bir janr başa düşülür.
Elektronik musiqinin yaranmasından əvvəl, bəstəkarlarda yeni ixtira olunan texnologiyalardan musiqidə istifadə etmək marağı yaranmışdır. İlk elektromexaniki musiqi alətlərindən olan teleharmonium Tadeus Kahill tərəfindən ixtira olunmuşdur. İlk elektronik musiqi aləti Lev Teremin tərəfindən 1918-20–ci illərdə ixtira olunmuş Teremin hesab olunur. 1920-30-cu illərdə bir sıra elektron musiqi alətləri, o cümlədən, Hammond orqanı, novakord kimi alətlər ixtira olunmuşdur.
Eyni dövrdə saund-art üzərində Tristian Tçara, Kurt Şvitters və digər bəstəkarlar eksperimentlər aparmağa başlamışdır. 1929-cu ildə bəstəkar Cozef Şillinqerin bəstələdiyi süitada teremindən istifadə olunmuşdur.
Maqnit audio lenti musiqiçilərə və mühəndislərə yeni akustik imkanlar yaratdı. Audio lenti həm ucuz, həm də, etibarlı idi. Disklərdən fərqli olaraq, səsyazma və oxutma zamanı lentin sürətini artırıb-azaltmaq, irəli-geri vermək mümkün idi. Lentdən istənilən fraqmentləri kəsmək, yerini dəyişmək olurdu.
Maqnitofonların yayılması elektroakustik lent musiqisinin inkişafına səbəb oldu. İlk bu cür musiqi nümunəsi 1944cü ildə Halim Əl-Dəbh tərəfindən yaradılmışdır.
Çox keçmədi ki, Parisdə də musiqiçilər maqnitofonun köməyi ilə musiqi kompozisiyasına musique concrète adlanan yeni texnika gətirdilər. Bu texnika təbii və indastial səs fraqmentlərinin birlikdə yazılması və emalını əhatə edir. İlk musique concrète nümunələri Pyer Şefferə məxsusdur.
1949cu ildə Lektronische Musik und Synthetische Sprache tezisində Meyer-Eppler musiqini tamamilən elektron siqnalların kğməyi ilə sintez oluması fikrini irəli sürmüşdü. Bu elektronische musik və musique concrète arasında olan əsas fərq idi.
ABŞda elektronik musiqi 1939cu ildən yaradılmağa başlamışdır. Morton Feldmen Marginal Intersection adlı kompozisiyasında nəfəslik musiqi alətləri, külək və osillatorlardan istifadə etmişdir.
60-cı illər elektronik musiqinin məhsuldar illəri hesab olunur. Sintezator texnologiyasının əlçatan olması sərbəst musiqiçilərə də imkanlar yaratdı. Bu dövrdə yeni saundlar və alətlər üzərində işləyən böyük musiqiçi kollektivləri yarandı. İlk sintezatorlar bu onillikdə yarandı.
1961-ci ildə İosef Tall İzrailin Yerüsəlim Yəhdi Universitetində ilk elektronik musiqi mərkəzi açıldı.
1970-ci ildə buraxılmış 'Mini-Moog' sintezatoru ilk geniş yayılmış, kompakt və mqnasib sintezator idi. O, həm populyar, həm də, akademik musiqidə geniş istifadə olunmağa başladı.
1974-cü ildə Kölndə yerləşən WDR studiyası 'EMS Synthi 100' adlı sintezator buraxdı, hansı ki, bir sıra bəstəkarlar öz əsərlərində istifadə etmişdilər.
1960-cı illərin sonunda 'The Beatles' və 'The Beach Boys' kimi pop və rok musiqiçiləri öz işlərində teremin və mellotron kimi musiqi alətlərindən istifadə etməyə başladılar. Moog sintezatoru Pink Floyd, Yes və Genesis kimi proqressiv rok qrupların işlərində mühüm rol oynayırdı. Kraftüerk, Tangerine Dream kimi kraut-rok qruplar üçün sintezatorun rolu daha əhəmiyyətli idi.
Pank rokun yüksəlişindən sonra synth rock yaranmağa başladı, hansı ki, digər musiqi alətlərini yeni texnologia əvəz edirdi. Bu janrda ifa edən ilk qruplar və musiqiçilər Ultravox, Gary Numan, Depeche Mode, Yelloü Magic olmuşdur.
Fon musiqisi və ya atmosferik musiqi kimi tanınan ambient musiqi bu onillikdə formalaşmaöa başladı. Brayan İno həm Neü Age, həm də ambient musiqinin inkişafında böyük rol oynamışdır.
1980-ci illərin əvvəlində sekvenser və dram-maşın kimi texnologiyalardan istifadə sürətlənməyə başladı. Dram-maşin sayəsində canlı zərb alətlərindən artıq elektronik musiqidə istifadə olunmurdu.
Bu cür texnologiyalar Texno musiqisinin yaranmasında və daha sonra müxtəlif subjanrlara ayrılmasında mühüm rol oynadı. Texno və ambientin birləşməsindən IDM yarandı. Bu janrın əsas nümayəndələri Aphex Twin, The Orb kimi musiqiçi və qruplar olmuşdur.
1980-ci ilin sonunds rəqs musiqisinin yalnız elektron alətlərlə yazılması musiqini daha da populyar etdi.
90-cı illərdə kompüterin köməyi ilə interaktiv performans mümkün oldu.
1980-ci və 1990-cı illərdə elektronik musiqi Trance, House, Elektro və Texno kimi böyük janrlar meydana gəlmişdi.
Son illərdə kompüter texnologiyası daha əlçatan olmuşdur. Musiqi proqramları daha da təkmilləşdirilmiçdir. Son onillikdı Ableton Live, Reason kimi peşəkar virtual studiya proqramları və onların öz alternativlərindən daha əlçatan olması musiqi istehsalını daha da asanlaşdırmışdır. İndiki dövrdə ev şəraitində musiqi istehsal edib və internet vasitəsi ilə yaymaq mümkündür.