Elflərin qanı

Elflərin qanı
pol. Krew elfów
Müəllif Andjey Sapkovski
Janr fentezi
Orijinalın dili polyakca
Ölkə
Orijinalın nəşr ili 1994
Seriya Cadugər
Nəşriyyat Polşa Polşa superNOWA
Səhifə 320
Əvvəlki Qismət qılıncı
Sonrakı Nifrət zamanı

Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu""Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır.

Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən[1]), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir.

Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.

Müharibədən təxminən iki il sonra, Şimal hökmdarları siyasi vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşırlar. Nilfqaardla sülh heç də gözlənilən nəticəni vermir. İmperiyanın maddi gücü şimal krallıqlarının iqtisadiyyatını çökdürür. Nilfqaard emissarları zadəganlar və tacirləri öz krallarına qarşı qaldırırlar. Elflər və qnomların yaratdığı "Scoia'tael" (Dələlər) dəstəsi isə müxtəlif yerlərdə insanlara qarşı terror aktları törədirlər. Bütün bunları nəzərə alan krallar ölkələrinin daha da zəifləməsini gözləmədən müharibəyə başlamağı və Sintranı azad etməyi qərarlaşdırırlar. Krallar bilirlər ki, imperator Sirini taparaq onunla evlənməyi və beləliklə də Sintraya qanuni hakimiyyət hüququ almağı planlaşdırdığını bilirlər.

Bütün bu müddət ərzində Siri Riviyalı Geraltın müdafiəsi altında olur. Cadugərlərin sığınacağı olan Kaer Morxendə Sirinin təlimləri ilə, Geraltla yanaşı Vesemir, Koen, Eskel və Lambert adlı cadugərlər də məşğul olurlar. Siri, bədheybətlər və onlarla necə mübarizə aparmaq haqqında öyrənir, həmçinin cadugərlər kimi qılıncla döyüşərək məşqlər keçir. Bütün bu müddət ərzində sehrbaz Triss Meriqold da Geraltın xahişi ilə Kaer Morxendə qalaraq tərbiyə prosesində iştirak edir. Tris başa düşür ki, Siri sehrli Mənbədir. Bundan sonra Triss etiraf edir ki, Sirinin gücünə nəzarət edəcək imkana malik deyil və Gerlata məsləhət görür ki, qürurundan keçərək kömə üçün Yenniferə müraciət etsin.

Paralel olaraq Riens adlı sirli sehrbaz da Sirinin axtarışı ilə məşğul olur. O, kimliyi gizli saxlanan daha böyük bir maqa xidmət edir. Riens Geraltın dostu Lutçunu ələ keçirir və əziyyət verməklə onun yerini öyrənməyə çalışır. Vaxtında köməyə gələn sehrbaz Yennifer Lutçunu xilas edir. Yennifer və Riens arasında qısa qarşıdurma baş verir, Riens yaralanaraq qaçır.

Yazda Geralt, Triss və Siri ilə birlikdə Kaer Morxeni tərk edir. Sirinin normal təhsil alması üçün Geralt onu Ellanderedəki məbəd məktəbinə aparır. Yolda Triss xəstələnir və üçlük Yarpen Ziqrinin dvarf rotasına qoşulmalı olur. Onlar Kaedven kralı Henseltin karvanını müşayət edirlər. Geralt Siriyə Elirenn qızıl gülü və elf gənclərini insanlara qarşı qeyri-bərabər döyüşdə iştiraka təhrik edən sərkərdə haqqında danışır. Karvan Dələlərin hücumuna məruz qalır, məlum olur ki, missiya Yarpenin sadiqliyinə şübhə ilə yanaşan kralların qurması imiş.

Ellandereyə gəldikdən sonra Siri narahat yuxular görür. Qısa müddət sonra Yennifer də Geraltın xahiş məktubunu alıb məbədə gəlir və Siriyə sehrin sirrlərini öyrətməyə başlayır. Onların qarşıdurmanı xatırladan ilkin münasibətləri qısa müddətdə inkişaf edərək ana-qız münasibətlərinə çevrilir.

Bu arada Geralt Riensi izləmək üçün əlindən gələni edir. Lutçu, Şani və sehrbaz Filippa Eylxartın müşayəti ilə Geralt Riensi tapır. Geralt Riensin bütün müşayətçilərini öldürərək sehrbazın özünü ağır yaralasa da, növbəti dəfə Riensin ağası portal açaraq onu xilas edir. Geralt ağır yaralanır.

Yennifer və Siri məbəd məktəbini tərk edərək yola çıxırlar. Rahibə Nenneke onları gözyaşları içində yola salır və bir daha görə bilməyəcəyini düşünür.

1994-cü ildə roman ilin ən yaxşı elmi-fantastika və ya fentezi əsəri kimi Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2009-cu ildə Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür.[2]

Uyğunlaşdırmalar

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə kitab polyak dilində audiokitab şəklində satışa çıxarılmışdır. Yüksək keyfiyyətli bu versiyada kitab 79 aktyorun iştirakı ilə, musiqi və xüsusi effektlərdən istifadə etməklə yazılmışdır.[3][4]

  1. "Andrzej Sapkowski - Blood of Elves". The Orion Publishing Group. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2020.
  2. Alison Flood, Gemmell prize for fantasy goes to Polish novel, Blood of Elves Arxivləşdirilib 2018-01-03 at the Wayback Machine, Guardian, Friday 19 June 2009.
  3. "Słuchowisko "Krew elfów" – recenzja | Warownia - Wiedźmin". www.witchersite.pl. 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  4. "Krew elfów. Tom 1 - Andrzej Sapkowski (audiobook)". Audioteka.pl. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.