Elfsborq FK

Elfsborq FK
isv. IF Elfsborg
Klubun tam adı Elfsborq İdman Cəmiyyəti (isv. Idrottsföreningen Elfsborg)
Ölkə
Ləqəb(lər) Di Gule ("Sarılar")
Eleganterna ("Eleqantlar")
Yaranma tarixi 26 iyun 1904[1]
Stadionu Buros Arena
Tutumu 16 200
Prezidenti Sune Lundkvist
Baş məşqçisi Oskar Hilyemark
Liqa Futbol üzrə İsveç çempionatı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elfsborq İdman Cəmiyyəti (isv. Idrottsföreningen Elfsborg) və ya sadəcə Elfsborq (isv. Elfsborg) — İsveçin Buros şəhərini təmsil edən peşəkar futbol klubu. Klub Vesteryötlands Futbollforbund təşkilatının üzvü olan 24 İsveç klubundan biridir.[2] "Elfsborq" Allsvenskanda çıxış edir və tarixinin böyük bir hissəsini İsveç futbolunun ən yüksək təbəqəsində keçirib. Klub ev oyunlarını 17 aprel 2005-ci ildən bəri Buros Arenada oynayır.[3]

Klub 1904-cü ildə 14–15 yaşlı 19 gəncdən[4] ibarət qrup tərəfindən yaradılmışdır. 26 iyun 1904-cü ildə yaradılmış klubun ilkin adı "Buros Futbollslaq" idi.[5] Klubun yaradılmasının əsas qəhrəmanı olan Karl Larson futboldan əlavə olaraq tüngül atletikagüləşlə də məşğul olurdu. Buna səbəb isə şəhərin əsas idman klubu olan "Borus Atletika və İdman Cəmiyyəti"nin proqramına futbolun daxil olmaması idi.[6]

Klubun doğma meydanı olan Borus Arena həm də "Elfsborq qalası" adlanır.[7] Buna səbəb "Elfsborq"un 2000-ci illərdə (onillik) Allsvenskanın ən güclü komandası olmuş olmasıdır.[8] Klub 1941-ci ildə Budosdakı Ryuavallen stadionunun açılış mərasimində İsveç milli komandasına 2–1 hesabı ilə qalib gəlmişdir[9] və bunu etmiş iki Allsvenskan komandasından (digər komanda 1979-cu ildə 3–2 hesabı ilə AIK olub[10]) biridir. "Elfsborq" həmçinin Allsvenskana daxil olduğu il çempion olmuş (1961) iki komandadan biridir.[11]

"Elfsborq" dəfələrlə Çempionlar LiqasınınAvropa Liqasının seçmə mərhələsində iştirak edib. Klubun UEFA Kubokundakı ilk işirakı isə gec, 2007–08 mövsümündə olub.[12] Onlar növbəti il 2008 UEFA İntertoto Kubokunun qaliblərindən biri olublar. Klub sonuncusu 2012-ci ildə olmaqla 6 dəfə milli liqanın və üç dəfə milli kubokun qalibi olub.[13]

  1. De allsvenska klubbarnas födelsedagar (швед.). 2004.
  2. "Kontaktuppgifter och tävlingar – Västergötlands Fotbollförbund – Svenskfotboll.se". 14 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.
  3. "Elfsborgs framfart i toppen genom åren". 2012-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  4. "108 års firande till minne av grundarna av Elfsborg". 2016-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  5. "Borås Fotbollslag blir IF Elfsborg 1904". 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
  6. "100 års firande". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  7. "Elfsborgs Fästning". İstifadə tarixi: 2012-06-26.
  8. "Milleniets starkaste lag". 2014-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.
  9. "Elfsborg vann mot svenska landslaget i fotboll". 2012-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
  10. "AIK – Sverige 3–2". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
  11. "Elfsborg vann som nykomlingar allsvenskan 1961". 2012-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
  12. "Elfsborg Uefa cupen". 2014-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  13. "Maratontabell". 2011-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.