Elizabet Badenter

Elizabet Badenter
fr. Élisabeth Badinter[1]
Doğum tarixi 5 mart 1944(1944-03-05)[2][1] (80 yaş)
Doğum yeri
Uşaqları 3
Təhsili
Fəaliyyəti filosof, tarixçi, dosent, qadın hüquqları fəalı[d], müəllif

Elizabet Badenter (fr. Élisabeth Badinter, d. 5 mart 1944) — Fransız filosofu və tarixçisi. O, daha çox feminizm və qadınların cəmiyyətdəki rolu haqqında fəlsəfi traktatları ilə tanınır. O, liberal feminizmi və Fransada qadın miqrant işçilərin hüquqlarını müdafiə edir. "Marianne" jurnalının 2010-cu ildə keçirdiyi sorğuya əsasən ilk növbədə qadın hüquqları və analıq haqqında kitablarını əsas götürməklə onu Fransanın "ən nüfuzlu ziyalısı" adlandırdı.

Badinter, çoxmillətli reklam və ictimaiyyətlə əlaqələr şirkəti olan Publicis Groupe-un ən böyük səhmdarı və onun müşahidə şurasının sədridir. Forbes-ə görə, o, 2012-ci ildə ən zəngin iş təcrübəsi olan Fransa vətəndaşlarından biri olmuşdur (təxminən 1,8 milyard dollar).[4]

Elizabet Badinter (qız soyadı - Blyuşteyn-Blanşe) 1944-cü il 5 mart tarixində Bulon-Biyankur şəhərində (Fransa) anadan olub. Elizabet Badinter Sofi Vayyann və "Publicis"in qurucusu Marsel Blyuşteyn Blanşenin qızıdır. Sofi Vayyan Fransanın siyasi lideri və ictimai fəal Eduard Vayyanın nəvəsidir. Sofinin anası onu katolik olaraq yetişdirib və o, ail əhəyatı qurduqdan sonra yəhudiliyi qəbul edib.

Elizabet və onun iki bacısı gender bərabərliyinə inanan valideynlər tərəfindən tərbiyə edilib. Elizabet orta təhsilini Parisdəki L'école alsacienne özəl məktəbində alıb. Badinter yeniyetmə ikən Simone de Bovuarın “İkinci cins” əsərini oxumuş, bu əsər onun baxışlarına dərindən təsir etmiş və onu Sorbonnada fəlsəfə doktoru dərəcəsi almağa ruhlandırmışdır. Fransa tarixinin maarifçilik dövrü üzrə mütəxəssisdir.[5]

Təhsilini başa vurduqdan sonra Badinter Politexnik Məktəbdə dərs deyir. Onun ilk əsəri - "L'Amour en plus" (Sevgi və daha çox) 1980-ci ildə nəşr olundu. Bu əsərində o ana sevgisinin sırf təbii bir instinkt və ya analıq davranışlarının gözlənilən mədəni kontekstdə gücləndirilmiş bir tendensiya adlandırır.

Badinter 1987-ci ildə "L'un est l'autre" (Bir digəri) adlı tənqidi əsərini nəşr etdirir. Bu əsərində o gender kimliyindəki kişi və qadın xüsusiyyətlərin bir-birini tamamlamasına, bunun müəyyən təzyiq səbəbindən münaqişəyə çevrilməsindən bəhs edir. Badinter belə nəticəyə gəlir ki, gender oxşarlığının yeni dövrü gender kimliyində dəyişikliyə və mənəvi dəyərlərdə inqilaba səbəb olacaq.

Onun 2003-cü ildə yazdığı "La fausse" (Saxta) adlı traktatı fransız feministləri tərəfindən qadınların pozulması və qurban edilməsinə toxunur. “Qadın gücünün və zorakılığının sistematik şəkildə inkar edilməsi, qadınların daim məzlum və buna görə də günahsız kimi göstərilməsi parçalanmış bəşəriyyətin çatlarını daha da dərinləşdirir: bir tərəfdən kişi zülmünün qurbanları, digər tərəfdən isə hər şeyə qadir cəlladlar”.[6] O, feminist hərəkatındakı essentialistləri tənqid edərək "kişilərin düşmən olmadığını" qeyd edir.[7]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

1966-cı ildə Elizabet Fransua Mitteranın prezidentliyi dövründə ədliyyə naziri olmuş vəkil Robert Badinterlə evlənmişdir. Elizabet və Robert Badinterin bir qızı və iki oğlu var.

Təltif və mükafatları

[redaktə | vikimətni redaktə et]
  • Brüssel Azad Universitetinin fəxri doktoru (Belçika) (2013)
  • Mədəniyyət sahəsindəki xidmətlərinə görə orden (Monako) (2011)
  • İncəsənət və Ədəbiyyat üzrə komandor ordeni (Fransa) (2007)
  • Lej Universitetinin fəxri doktoru (Belçika) (2004)

Seçilmiş əsərləri

[redaktə | vikimətni redaktə et]
  • L'Amour en plus: histoire de l'amour maternel (XVIIe-XXe siècle), 1981; ISBN 2-253-02944-0
  • Les Goncourt: "Romanciers et historiens des femmes", foreword of "La Femme au XVIIe siècle d'Edmond et Гонкур, Жюль де", 1981
  • Émilie, Émilie, L'ambition féminine au XVIIIe siècle, 1983; ISBN 2-08-210089-8
  • Les Remontrances de Malesherbes (1771—1775), 1985
  • L'Un est l'autre, 1986; ISBN 2-7381-1364-8
  • Cahiers Suzanne Lilar, pp. 15–26, Paris, Gallimard, 1986; ISBN 2-07-070632-X
  • Condorcet. Un intellectuel en politique, 1988
  • Correspondance inédite de Condorcet et Madame Suard[англ.] (1771–1791), 1988
  • Madame d'Épinay, Histoire de Madame de Montbrillant ou les Contreconfessions, foreword by d'Élisabeth Badinter, 1989
  • Thomas, Diderot, Madame d'Épinay: Qu'est-ce qu'une femme?, foreword by Élisabeth Badinter, 1989
  • Condorcet, Prudhomme, Guyomar: Paroles d'hommes (1790—1793), Élisabeth Badinter, 1989
  • XY, de l'identité masculine, 1992; ISBN 2-253-09783-7
  • Madame du Châtelet, Discours sur le bonheur, foreword, 1997
  • Les Passions intellectuelles, tome 1: Désirs de gloire (1735—1751), 1999
  • Les Passions intellectuelles, tome 2: L'exigence de dignité (1751—1762), 2002
  • Les Passions intellectuelles, tome 3: Volonté Pouvoir (1762–1778). — 2007. — ISBN 978-2-213-62643-7.
  • Simone de Beauvoir, Marguerite Yourcenar, Nathalie Sarraute, 2002. Conference Élizabeth Badinter, Jacques Lassalle and Lucette Finas; ISBN 2-7177-2220-3
  • Fausse route, 2003; ISBN 2-253-11264-X
  • Julia Borossa Dead End Feminism. — 2006. — ISBN 0-7456-3380-3.; translated from Fausse route
  • Madame du Châtelet, Madame d'Épinay: Ou l'Ambition féminine au XVIIIe siècle, 2006; ISBN 2-08-210563-6.
  • Le conflit, la femme et la mère. — 2010. — ISBN 978-2-253-15755-7.
  • Adriana Hunter[англ.], The Conflict: How Modern Motherhood Undermines the Status of Women. — 2012. — ISBN 978-0-8050-9414-5.; translated from Le Conflit
  • Le Pouvoir au féminin, Marie-Thérèse d'Autriche 1717—1780 — L'impératrice-reine, 9 November 2016; ISBN 978-2-08-137772-1
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Elisabeth Badinter // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #115366539 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. The World's Billionaires List Forbes, March 2012.
  5. Against Nature. The New Yorker.
  6. Badinter, Elisabeth. Fausse route. — Editions Odile Jacob. — P. 113.
  7. Elisabeth Badinter profile. jwa.org.