Elizabet Barrett Brauninq — ingilis şairə. (doğum: 6 mart 1806 / vəfat: 29 iyun 1861)
Elizabet Barrett | |
---|---|
ing. Elizabeth Barrett Browning | |
Doğum adı | Elizabeth Moulton-Barrett |
Doğum tarixi | təq. 6 mart 1806[1][2][…] |
Vəfat tarixi | 29 iyun 1861[3][4][…] (55 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | şair, ssenarist, esseist, pamphleteer[d], tərcüməçi, yazıçı, abolitionist |
Fəaliyyət illəri | 1839–1845 |
Əsərlərinin dili | ingilis dili |
Elizabet Barrett Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Viktoriya dövrünün ən məşhur şairələri arasında yer alan Elizabeth, 12 uşaqlı ailənin ən böyük övladı olmuşdur. Səhhətində var olan problem səbəbiylə gəncliyinin uzun bir qismini, öz tənha otağında, xəstə yatıb, kitab oxuyaraq və şeir yazaraq keçirmişdir. Onun, monastrda bir rahibə sayağı həyat sürməsində rol oynayan əsas faktor, səhhətiylə yanaşı, həm də, atasının olduqca qatı xarakterli bir adam olması olmuşdur. Övladlarını, xüsusən də qızlarını cəmiyyətdən təcrid edən cənab Barrett, onların başqaları ilə görüşməsinə qətiyyən icazə vermirdi. Lakin, qələmə aldığı şeirləri səbəbiylə kifayət qədər şöhrət qazanmış Elizabethə, pərəstişkarlarından xeyli məktublar yağırdı. Bunların arasında, daha sonra şairənin həyatının dəyişməsində yüksək dərəcədə rol oynayacaq olan, dövrün məşhur şairi "Robert Browning" də var idi. Belə ki, 1845.ci ildə, Elizabeth 39 yaşında olarkən onların tanışlıqları baş tutur və qısa bir müddət sonra da, gizlicə evlənərək İtaliya nın Florensiya şəhərinə yerləşirlər. Qızının belə bir davranışı atası tərəfindən bağışlanmır və yazdığı bütün məktublar cavabsız buraxılır. Xəstəliyin cəngində keçən qaranlıq illərini arxada qoyan Elizabeth, həyat yoldaşı ilə bərabər daha xoşbəxt və rahat bir həyat yaşayır. Belə ki, artıq səhhəti də müəyyən qədər yaxşılaşdığı üçün Robert Browning ilə birgə müxtəlif ölkələrə səyahətlər edirlər. Lakin, bu xoşbəxtlik cəmi 15 il sürür. Belə ki, 1861.ci ildə, 55 yaşlı Elizabeth vəfat edir.
Yaradıcılığının ilk illərində daha çox romantik janrda şeirlər qələmə alan Elizabeth, daha sonraki illərində dövrün müxtəlif siyasi və sosyal məsələlərinə diqqət çəkməyə üstünlük vermişdir. Onun, yaşadığı dövrdə bir çox şeir kitabları nəşr olunub. Onlardan biri, 1842.ci ildə yayımlanan, mədən və fabriklərdə çalışdırılan kiçik yaşdaki uşaqların acınacaqlı həyatlarını ələ alan "Uşaqların Fəryadı" adlı əsəridir. Müəllifin, qadın hüquqlarının müdafiyəsi yönündə diqqətə layiq bir kitabı olan "Aurora Leigh" adlı bir əsəri də mövcuddur. İlk dəfə 1850.ci ildə nəşr olunan bu əsərin baş obrazı Aurora, şairənin şəxsi xarakterinin bir bənzəridir. O həmçinin, "Casa Guidi Windows" (1851) kimi, siyasi xarakterli, həm də, öz həyat yoldaşına olan məhəbbətini dilə gətirdiyi "Sonnets from the Portuguese" (1850) kimi bir çox gözəl əsərlərin də müəllifidir.