Elleri Klark

Elleri Klarк
Şəxsi məlumatlar
Tam adı Elleri Hardinq Klarк
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri Boston, Birləşmiş Ştatlar
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Hingham, Birləşmiş Ştatlar
Təhsili
Boyu 180 sm
İdman növü Yüngül atletiкa
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb.

Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib.

Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

Afina Olimpiadasında Elleri Klark həm də uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.

Sent-Luis Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Afina Olimpiadasından 8 il sonra Elleri Klark 1904-cü ildə Birləşmiş Ştatların Sent-Luis şəhərində baş tutan III Yay Olimpiya Oyunlarına qatıldı. Çoxnövçülük yarışlarında qüvvəsini sınayan Klark yarışlarda sona qədər mübarizə apara bilmədi.