Elsuort Torpağı

Elsuort Torpağı, Antarktida

Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır.

Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, ÇiliABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.[1]