Emil Frantişek Burian | |
---|---|
Emil František Burian | |
| |
Doğum tarixi | |
Doğum yeri | Plzen |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Praqa |
Dəfn yeri |
|
Milliyyəti | çex |
Təhsili | Praqa konservatoriyası |
Fəaliyyəti | rejissor, bəstəkar, yazıçı, dramaturq |
Vikianbarda əlaqəli mediafayllar |
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq.[1]
Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir.[1]
Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.[1]
Burielın quruluş verdiyi tamaşalar arasında M. Qorkinin "Yeqor Bulıçov və başqaları" (1934), N.F. Poqodinin "Aristokratlar" (1935), P. Bomarşenin "Sevilya bərbəri" (1936) və s. var. Buriel "Müharibə" (1935), "Xalq süitası" (1938) və s. pyeslərin müəllifi və rejissoru olmuşdur. Faşist işğalı illərində həbs düşərgəsinə salınmışdır (1941–45). Azad edildikdən sonra öz teatrının fəaliyyətini bərpa etmişdir ("Həyatın dibində", M. Qorki, 1951; "Taxtabiti", V.V. Mayakovski, 1956; Y. Qaşek, B. Brext və b. əsərləri). "Vera Lukaşova" (1939), "Həyat təşnəsi" (1950) və s. kinofilmlərin rejissoru olmuşdur. Teatr və musiqiyə dair məqalələrin müəllifidir.[1]