Empyrium

Empyrium
Ümumi məlumatlar
Milliyyəti Almaniya Almaniya, Hendungen, Bavaria
Musiqiçi məlumatları
Fəaliyyət illəri 1994 - indiyədək
Janrlar folk, Doom metal
Albom şirkəti Prophecy Productions
empyrium.de

Empyrium, Alman; simfonik, folk və doom metal musiqi qrupudur. Qurucusunun dediyinə görə "Empyrium" qədim yunan sözü olub "alovlar içindəki cənnət" deməkdi. 1994-cü ildə Markus stock (Ulf Theodor Schwadorf) və Andreas Bach tərəfindən qurulan qrupun ilk iki albomu (A Wintersunset (1996) və Songs Of Moors and Misty Fields (1997)) folk və simfonik təsirləri olan doom metal albomları olaraq qəbul edilir. Şiddətli kişi vokalları, dərin və ağır qitaraları atmosferik hissələrlə birləşdirən qrup romantik, qaranlıq və ağır bir musiqi meydana gətirmişdir. Qrup klaviatura yerinə viyolin, çello, fleyton kimi akustik alətlər istifadə etməkdədir. Bir neçə dəfə qrup ayrılsada hazırda yenidən fəaliyyət göstərir. Quruculardan Ulf Theodor Schwadorf və qrup üzvü Nadine Mölter evlidir. İlk konsertlərini vermək qrup üzvünün lazımi sayda olmaması səbəbindən olduqca çətin oldu və nəhayət 1996-cı ildə qrup ilk albomlarının konsertini verir. Konsert sonu 4 nəfərin intihar edildiyi deyilir. İntiharlar səbəbindən bir müddət qrupa "konsert qadağası" gəlmişdir. 2000-ci ildə Andreas Bachın ayrılması ilə Ulf qrupdakı fəaliyyətlərinə bir müddət fasilə vermişdir. Bu müddət ərzində o öz solo black metal proyekti olan Sun of The Sleepless'də işlərinə davam edirdi. U. T. Schwadorf Empyrium'dan əlavə Ewigheim, The Vision Bleak, Noekk kimi qruplarda da fəaliyyətini davam etdirir.

Adı Tarixi Məlumat
Die Wie Ein Blitz Von Himmel Fiel 1995 Bu demo albom ilə diqqətləri üzərinə çəkən qrup, ilk olaraq Prophecy Productions tərəfindən kəşf edildi, lakin bu demo Almaniya miqyasında böyük bir əks-səda yaratdığından digər musiqi şirkətləri də boş dayanmadılar. Empyrium'un üzərində Prophecy Productions israrlı və səmimi bir rəftarla dayanması qrupun marağını çəkdi və ilk müqavilələrini Prophecy Productions'la etdilər. Prophecy Productions çox yeni bir şirkət idi və ilk olaraq ciddi mənada Empyrium qrupuyla işini yaratdı. Gözlənilən oldu və çox keçmədən 1996-da qrup, ilk albomları olan "A Wintersunset"i çıxardılar.
A Wintersunset 1996
Songs Of Moors & Misty Fields 1997
Where at night the wood grouse plays 1999 Digər albomlardan 4 cəhətinə görə fərqlənir. 1. Elektro qitara heç işlədilmədi. Albomda yalnız klassik qitaradan istifadə olundu. 2. Baraban işlədilmədi. 3. Burutal vokal yox idi. 4. İkinci bir kişi vokal istifadə edilmişdi.
Drei Auszuge Aus Weiland 2002 Albom səs olaraq tamamilə klassik qərb avropa musiqi bazasına malikdir. Uzun bir fasilədən sonra çıxan bu EP fanlar tərəfindən tamamilə hüsran olaraq qəbul edildi, Elektro qitaralar yenə yox idi, ton çox yumuşaq və çox ağır idi. Buna səbəb klassik qərb avropa təhsili almış yeni üzv Tomas Helm'in sənətini qrupa çox əks etdirməsi idi.
Weiland 2002 Bu albomdan sonra qrup çox böyük tənqidə məruz qaldı. Halbuki bu albom üçün digər bütün albomlardan daha böyük səy və əmək sərf edilmiş, üzərində çox işlənmişdi. Bu vaxtlarda ən son layihəsi olan "The Vision Bleak" ilə məşğul olan Ulf, qrupu səbəbini tam olaraq açıqlamadan 2002-ci ildə dağıtdı.
A Retrospective 2006
Whom The Moon A Nightsong Sings 2010

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]