Endrü Teyt | |
---|---|
ing. Andrew Tate | |
Doğum tarixi | 1 dekabr 1986[1] (38 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kikboksçu, influenser, internet ulduzu, televiziya ulduzu[d], podkaster, sahibkar |
cobratate.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Emori Endryu Teyt (1 dekabr 1986[1], Uolter Rida adına Ordu tibb mərkəzi[d], Vaşinqton[2][3]) — amerikalı-britaniyalı influenser, biznesmen və keçmiş peşəkar kikboksçu. O, 2022-ci ildə qadınlarla bağlı mübahisəli mövqeləri və həmçinin var-dövlətini önə çıxaran videoları sayəsində diqqət mərkəzinə düşüb.
O, dəbdəbəli həyat tərzini nümayiş etdirən "sərt bir kişi obrazı" ilə internetdə məşhurlaşıb. Teyt həm internetdə, həm də müsahibələrində təcavüzə uğrayan qadınların qismən də olsa günahkar olduqlarını açıq şəkildə ifadə etdi, eyni zamanda o, evliliyin qadınların ərlərinə "məxsus olması" anlamına gəldiyini də iddia edir. O, həmçinin kişilərin təminatçı və qoruyucu olmalı olduqlarını da qeyd edib.[4]
O, 2016-cı ildə Britaniyanın "Big Brother" realiti-şousunda iştirak etdikdən sonra məşhurlaşmağa başlayıb. Proqramdakı 7-ci günü tamam olmamış, onun bir qadına kəmərlə vurduğunu göstərən video ortaya çıxıb və bu, onun şoudan qovulmasına səbəb olub.[5] Teyt həmin vaxt açıqlamasında bu sözləri deyib: "Görüntülər montajdır və bu, açıq-aydın mənim adımı ləkələmək üçün hazırlanıb".[6]
Teyt tez-tez kişiləri və kişiliyi məhv etməyə çalışan günümüzdəki güclü insanlar, siyasətçilər və feministlər qrupu olduğuna inandığı “Matriks” adlandırdığı bir şeydən (konspirasiya nəzəriyyəsi) danışır. 2022-ci ilin dekabrında o, qardaşı Tristanla birlikdə insan alveri və zorlamada şübhəli bilinərək Rumıniyada saxlanılıb. Onlar mütəşəkkil dəstənin üzvü olmaqda təqsirləndirilən iki rumıniyalı qadınla birlikdə ittiham olunurlar.[7] Teyt və qardaşı onlara qarşı irəli sürülən ittihamları rədd edirlər. İkisi üç aylıq həbsdən sonra ev dustaqlığına buraxılıblar. X-də (keçmiş adı ilə Twitter) 8,9 milyon izləyicisi olan Teyt israr edir ki, Rumıniya prokurorlarının onun işi ilə bağlı ortada heç bir əsaslı sübutu yoxdur.
Bu məqalə Azərbaycan dilinə düzgün tərcümə edilməyib. |
Emori Endryu Teyt III Vaşinqtonda anadan olub. Onun afro-amerikalı atası Emori Tate Jr. Beynəlxalq Şahmat Ustası idi.[8] Anası britaniyalı Eileen Ahleigh yemək xidmətində köməkçi kimi çalışırdı.[9] Onun Tristan adlı bir qardaşı var. O, İndiana ştatının Qoşen şəhərində və daha sonra İllinoys ştatının Çikaqo şəhərində böyüyüb.
Çikaqoda, İllinoysda və İndiana ştatının Qoşen şəhərində böyüyüb. Valideynləri boşandıqdan sonra anası hər iki qardaşını İngiltərəyə apardı. Teyt xristian inancında böyüdü.[10]
Tate 2017-ci ildə Böyük Britaniyadan Rumıniyaya köçüb. Teyt, "korrupsiyanın hamı üçün əlçatan olduğu ölkələrdə yaşamağı" xoşladığı üçün köçdüyünü[11] və Rumıniyada zorlama ittihamları ilə üzləşmə ehtimalının daha az olacağına inandığını söyləyən Teyt, Rumıniya polisinə təcavüz şikayəti edən qadınlardan "isbat etməklərini " vəya "CCTV sübutu" tələb etdiyini, ancaq MeToo hərəkətinin təsirindəki Qərb dünyasında hərhansı bir qadının "gələcəkdə hər-hansı bir tarixdə həyatınızı məhv etmə potensialına qadir" olduğunu bəyan etdi.[12][13]
Teyt xristian olaraq böyüdü, lakin sonradan ateist oldu.[14] 2022-ci ilin əvvəlində o, özünü yenidən xristian kimi tanıdı və Rumıniya Pravoslav Kilsəsinə aylıq 16.000 funt-sterlinq ondabir verdiyini söylədi.[15][16] 2022-ci ilin oktyabrında Dubaydakı məsciddə namaz qılan videosu yayıldıqdan sonra o, Gettr hesabından İslamı qəbul etdiyini açıqladı.[17][18]
4 mart 2023-cü ildə Rumıniyada həbsdə olarkən, Tate-nin hüquq qrupu Dubayda tibbi məsləhətləşmədən sonra "onun ağciyərində qaranlıq bir ləkə var, çox güman ki, şiş olduğunu" söylədi və ağciyər xərçəngi olub-olmadığı ilə bağlı onlayn şayiələrə səbəb oldu. Martın 5-də Teyt Twitter-də xərçəng xəstəliyinə tutulduğunu təkzib etdi.[19]
Teyt 2005-ci ildə boks və digər döyüş sənətləri ilə maraqlanmağa başlayıb və dolanışığını təmin etmək üçün televiziya reklamları sənayesində çalışıb. 2008-ci ilin noyabrında Beynəlxalq İdman Kikboksinq Assosiasiyası (ISKA) tərəfindən Böyük Britaniyanın yeddinci ən yaxşı yüngül ağır çəkili kikboksçusu seçildi.[20] O, 2009-cu ildə Derbidə Britaniya ISKA Full Contact Cruiserweight Championship çempionluğunu qazanaraq ilk çemoiyonluğunu əldə etdi və öz sinfində Avropada bir nömrə oldu.[21][22] Teytin kikboksinq ləqəbi "Kral Kobra" idi.[23]
2011-ci ildə Teyt ilk ISKA dünya titulunu Jean-Luc Benoit ilə revanş görüşündə nokautla qazandı.[24] 2012-ci ildə o, Tate Enfusion çempionat turnirində Fransi Qrajşa məğlub oldu.[25] O, uduzmazdan əvvəl dünyanın ikinci ən yaxşı yüngül çəkidə kikboksçusu idi.[26] 2013-cü ildə Teyt Vinsent Petitjanla 12 raundluq görüşdə ikinci ISKA dünya çempionu oldu və iki çəki dərəcəsində dünya çempionu oldu.[27]
15 dekabr 2020-ci ildə o, boks qaydalarına əsasən Jake Paula meydan oxudu.[14][18] Teyt Paula 3 milyon dollar təklif etdi.[17]