Engelbert Hamperdink | |
---|---|
ing. Engelbert Humperdinck | |
Ümumi məlumatlar | |
Doğum adı | Arnold George Dorsey |
Ləqəbləri | Engelbert Humperdinck, Gerry Dorsey |
Doğum tarixi | 2 may 1936[1] (88 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1956-cı ildən |
Musiqi alətləri | piano, saksofon |
Səs tembri | tenor |
Albom şirkətləri | Decca Records[d], Epic Records |
engelbert.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Engelbert Hamperdink (ing. Engelbert Humperdinck, ilk adı Arnold Corc Dorsi, ing. Arnold George Dorsey; 2 may 1936[1], Çennai, Britaniya Hindistanı) — britaniyalı estrada müğənnisi. 1960-cı illərin ikinci yarısında və 1970-ci illərdə "Release Me (And Let Me Love Again)", "After the Lovin'" və "The Last Waltz" ("The Last Waltz with You") hitləri ilə məşhurluq qazanmışdır. 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmişdir.
Hindistanın Mədrəs şəhərində Britaniya ordusunun zabiti Mervin Dorsi və onun həyat yoldaşı Oliviyanın ailəsində dünyaya gəlmişdir. Ailədə on uşaqdan biri olmuşdur. 10 yaşında ikən ailəsi İngiltərənin Lester şəhərinə köçür və qısa müddət sonra o musiqiyə maraq göstərərək saksofonda ifa etməyi öyrənir. 1950-ci illərin əvvəllərində gecə klublarında bu musiqi alətində ifa edir, lakin 17 yaşınadək, dostlarının onu oxumağa məcbur etməsinədək oxumağa cəhd etmir. Onun komik aktyor Cerri Lüisə olan sevgisi dostlarının onu Cerri Dorsi adlandırmasına səbəb olur. Bu ad altında o 10 il çıxış edir.
1967-ci ildə onun ifasında "Release Me" mahnısı Britaniya çartlarında "Beatles" qrupunun "Strawberry Fields Forever" və "Penny Lane" mahnılarını qabaqlayaraq birinci yerə yüksəldi.
Engelbert Hamperdink 1970-ci illərdə keçmiş Sovet İttifaqında böyük məşhurluq qazanmışdı. Bunun səbəbi "Melodiya" şirkəti tərəfindən onun bir neçə musiqi albomunun SSRİ-də satışa çıxarılması idi.
1964-cü ildə Patrisia Hili (Patricia Healey) ilə ailə həyatı qurmuşdur.[3] Bu evlilikdən 3 oğlu və 1 qızı var.
1 mart 2012-ci il tarixində BBC Azərbaycanda keçiriləcək 2012-ci il Avrovoziya Mahnı Müsabiqəsinin Final mərhələsində Böyük Britaniyanı Hamperdinkin təmsil edəcəyini açıqladı. O, bəstəkar Martin Terefe və söz müəllifi Saşa Skarbekin yazdığı mahnını ifa edəcək. Mahnının yazılma prosesinin London, Los-Anceles və Tennessi ştatının Neşvil şəhərində keçirilməsi nəzərdə tutulur.[4]