Enni Leybovitz | |
---|---|
ing. Annie Leibovitz | |
Doğum tarixi | |
Doğum yeri | Voterberi, Konnektikut ABŞ |
Vətəndaşlığı | ABŞ |
Uşaqları |
Sara Kemeron Leyboviç Syuzan Leyboviç Semuel Leyboviç |
Partnyoru |
|
Atası | Sem Leyboviç |
Anası | Merilin Leyboviç |
Təhsili |
|
Fəaliyyəti | Fotoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
Anna-Lu "Enni" Leybovitz (ing. Anna-Lou "Annie" Leibovitz); 2 oktyabr 1949, Voterberi, Konnektikut,[1] ABŞ) — amerikalı fotoqraf. Daha çox məşhur adamların portretləri üzrə ixtisaslaşıb.
Enni, altı uşaqlı ABŞ Hərbi Hava Qüvvələri zabitinin ailəsində üçüncü uşaq olub. Onun ana tərəfindən ulu babası və ulu nənəsi Rusiyadan köçmüş yəhudi mühacirlər olub, atasının valideynləri isə Amerikaya Rumıniyadan gəlib.[2] Anası, Merilin Leyboviç (ing. Marilyn Leibovitz) müasir rəqs müəlliməsi olub. Ailəsi atasının xidməti vəzifələri səbəbindən tez-tez köçmək məcburiyyətində idi, bu səbəbdən Enni öz ilk kadrlarını Filippində çəkəsi olub, belə ki, onun atası Vyetnamda müharibə zamanı ailəsi ilə birlikdə orada mənzillə təmin olunub.[3]
Enni San-Fransisko İncəsənət institutunda təhsil alıb.[4] 1970-ci ildə Rolling Stone jurnalında fotoqraf kimi işləməyə başlayıb.[5] 1983-cü ildən Vanity Fair jurnalında işləyir, bu jurnal üçün məşhur adamların portret şəkillərini çəkir.
1964: Attends Northwood High School in Silver Spring, Maryland(#accessdate_missing_url)