Enola Gay | |
---|---|
| |
Tipi | bombardman |
İstehsalçı | Boeing |
İstismara verilmə tarixi | 18 may 1945 |
İstimarının bitmə tarixi | 24 iyul 1946 |
İstismarçılar | ABŞ Hərbi Hava Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
Enola Gay — İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan Boeing B-29 Superfortress tipli bombardman təyyarəsi. Təyyarə adını hələ uçuş xəttində ikən seçən pilot Paul Tibbetin anası Enola Qay Tibbetsdən almışdır. İkinci dünya müharibəsinin son mərhələlərində 6 avqust 1945-ci ildə dünyada atom bombası atan ilk təyyarə olmuşdur. "Little Boy" ("Kiçik Oğlan") adlı atom bombasının hədəfi kimi Yaponiyanın Hiroşima şəhəri seçilmiş və şəhərdə görünməmiş dağınıtıya səbəb olmuşdur. "Enola Gay" Kokuranı hədəf almaq istəyən ikinci atom hücumunda kəşfiyyat təyyarəsi kimi iştirak etmişdir. Lakin buludlar və tüstüyə görə hədəf dəyişdirilərək Naqasaki şəhəri seçilmişdir.
İkinci dünya müharibəsindən sonra təyyarə ABŞ-yə qayıdıb Nyu-Meksiko ştatındakı Kəşfiyyatçı Hava Qüvvələri Bazasında istifadə olunmağa başlamışdır. "Crossroads əməliyyatı" zamanı nüvə silahının testi üçün Sakit okeana uçsa da, sonda Bikini atoluna atom bombası atacaq təyyarə kimi seçilməmişdir. Həmin il "Enola Gay" Smitsonian İnstitutunun bazasında illərlə qalmış, 1961-ci ildə sökülüb institutun Merilend ştatının Suitlend şəhərindəki anbarına aparılana qədər havaya və suvenir ovçularına qarşı müdafiəsiz qalmışdır.
1980-ci illərdə bəzi veteranlar[1] Smitsonian İnstitutundan təyyarənin sərgilənməsi tələb etmişlər. Mübahisələrdən sonra atom bombasının atılmasının 50 illiyi münasibətilə 1995-ci ildə təyyarənin pilot kabini və burun hissəsi Vaşinqtonda yerləşən Milli Aviasiya və Kosmonavtika muzeyində sərgilənmişdir. Bütünlüklə təmir olunmuş "Enola Gay" 2003-cü ildən Stiven F. Udmar-Heyzi muzeyində sərgilənir. Heyətinin həyatda sağ qalan sonuncu üzvü Teodor Van Kirk 28 iyul 2014-cü ildə 93 yaşında vəfat etmişdir.
Enola Gay (model nömrəsi B-29–45-MO, seriya nömrəsi 44–86292, viktor nömrəsi 82) Qlen L. Martin şirkətinin Nebraska ştatının Bellevue şəhərində yerləşən və indi Ofrut Hava Qüvvələri Bazası kimi tanınan zavodunda hazırlanmışdır. "Enola Gay" atom bombası atmaq üçün lazım olan təchizata sahib olan 15 "Silverplate"dən biri idi. Bu təchizata lazimi genişlikdə olan pnevmatik qapılar, Britaniya bomba bağlama və buraxma sistemi, yanacaqlı inkişaf etdirilmiş mühərriklər, aradan qaldırılan silah qüllələri aid idi.[2][3]
"Enola Gay" 509-cu Kompleks Qrupunun komandiri polkovnik Paul Timbets tərəfindən hələ montaj xəttində seçilmişdi. Təyyarə 18 may 1945-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə qəbul olunmuş 509-cu Kompleks Qrupunun 393-cü Bombardıman Eskadrosuna verilmişdir. Kapitan Robert Levis tərəfindən idarə olunan B-9 eskadrosu təyyarəni çatdırmış və onunla 14 iyun 1945-ci ildə Omahadan 509-cu Komleks Qrupunun Yutadakı Uendover Hərbi Hava Bazasına uçmuşdurlar.
13 gün sonra "Enola Gay" bomba atmağa lazım olan modifikasiya üçün Quama uçmuş və 6 iyulda Tinyan adasındakı Şimal Sahəsinə yollanmışdır. Orada Viktor nömrəsi 12 verilmiş, amma 1 avqustda dəyişdirilərək 82 olmuşdur. İyul ayı boyunca təyyarə 8 məşq uçuşunda iştirak etmiş, Naqoya və Kobe şəhərlərinə balqabaq bombası atmaq üçün 24 və 26 iyulda iki misyaya çıxmışdır. 31 iyulda "Enola Gay" faktiki misya üçün məşq uçuşunda istifadə olunmuşdur.
Qismən yığılan 10.000 kq-lıq L-11 "Little Boy" atom bombası 100x120x350 sm ölçülərində olan taxta qutuda "USS Indiapolis" gəmisinin göyərtəsinə bərkidilərək gətirilmişdir. 28–29 iyulda ayrı-ayrı 3 təyyarə ilə Tinyana gətirilən fərqli 6 Uran-235 diski ayrı, yığılmış raket 9 Uran-235 diskinə quraşdırılmış və 300 kq-lıq qurğuşun örtüklü qutuda Kapitan Çarlz Makvayın gəmisinin göyərtəsinə bərkidilmişdir. Həm L-11, həm də raket 26 iyulda Tinyana gətirilmişdir.
Dünyada ilk atom bombasının atılmasına hazırlıq işləri zamanı 5 avqust 1945-ci ildə Tibbets təyyarənin komandiri olmuş və təyyarəyə anasının (anasının adı isə eyniadlı romandan götürülmüşdür) adını vermişdir.[4] Təyyarəyə ad vermək vaxtı yetişəndə Tibbets bunları xatırlayır:
:Bu zaman mənim fikirlərim mənim uşaqlığımdan və pilot olmaq qərarını verdikdən bəri güvəni mənə güc verən qırmızı-saçlı anama yönəldi.
Təyyarənin üzərinə ad 509-cu bölükdən olan Allan Karl tərəfindən 5 avqustda yazılmışdır. Təyyarəyə ilk əvvəl komandir təyilən edilən Robert Levis Tibbetsin yerini tutaraq bu vacib missiyadan kənarlaşdırmasından məmnun deyildi və 6 avqust səhərində onun yeni adlı təyyarədə olmasını görəndə qəzəblənmişdi.
6 avqust 1945-ci ildə Hiroşima ilk atom bombası hücumu üçün ilk hədəf idi. Alternativ hədəflər kimi Kukura və Naqasaki nəzərdə tutulmuşdu. Tibbets tərəfindən idarə olunan "Enola Gay" 6 avqustda Şimal sahəsindən Yaponiyaya 6 saatlıq səfərə çıxmışdır. Bu zaman təyyarəyə iki B-29 müşayiət edirdi. Bu təyyarələrdən biri cihazlar daşıyan "The Great Artiste", digəri kapitan Corc Marquart tərəfindən idarə olunan, şəkillər çəkən və sonradan adlandırılacaq "Necessary Evil" idi. Manhetten layihəsinin direktoru general-mayor Lesli Qrov bu hadisənin gələcək nəsillər üçün qeydə alınmasını istəmişdir. Təyyarə qalxmaq istəyəndə Tibbets izləyicilərə baxmaq üçün təyyarənin pəncərəsinə söykənmiş və onunla təyyarənin məşhur şəkli çəkilmişdir.
Tinyanı tərk etdikdən təyyarə 2.440 metr hündürlükdə İo adasına çatmışdır. Daha sonra hədəfi aydın görmək üçün 9.855 metr hündürlüyə qalxmışdır. Təyyarə havada ikən Alberta layihəsinin və missiya komandiri Uilyam Parsons bombanı silahlandırmışdır. Onun köməkçisi leytenant Moris Cepson hədəfə çatmağa 30 dəqiqə qalmış bombadan təhlükəsizlik vasitələrini yığışdırmışdır.[5]
Səhər saat 08:15-də planlaşdırıldığı üzrə "Little Boy" 9470 metr hündürlükdən atılmış və 600 metr hündürlükdə partlamışdır. "Enola Gay" partlayışdan əmələ gələn şok dalğalarını hiss etməzdən əvvəl 18,5 km yol qət etmişdir.[6] Şok dalğalarına baxmayaraq nə "Enola Gay", nə də ki "The Great Artiste" heç bir zərər görməmişdir.
"Enola Gay"ın atdığı atom bombası Hiroşimada 67 TJ[7] gücə bərabər partlayışa səbəb olmuşdur. Lakin U-235 çox qeyri-məhsuldar hesab edilmişdir, izatopun sadəcə 1,7 %-i reaksiyaya daxil olmuşdur.[8] Dağıntı bölgəsinin radiusu 1,6 km olmuşdur.[9] 11 km2 sahədə isə hər şey külə dönmüşdür. Amerikalılar hesab edirdilər ki, şəhərin 12 km2 hissəsi məhv olmuşdur. Yapon rəsmiləri müəyyən etmişlər ki, şəhər tikililərinin 69 %-i məhv olmuş, 6–7 %-i[10] sadəcə zərər görmüşdür. Şəhər əhalisinin 30 %-i — 70.000–80.000 nəfər partlayış nəticəsində ölmüş, 70.000[11] nəfər isə yaralanmışdır.[12] Ölənlərin 20.000 nəfəri əsgər olmuşdur.[13]
Havada 12 saat 13 dəqiqə qaldıqdan sonra "Enola Gay" saat 14:58-də Tinyana enmişdir. Burada təyyarə heyəti böyük təntənə ilə qarşılanmışdır. "The Great Artiste" və "Necessary Evil" təyyarəni qısa intervallarla təqib etmişdir. Jurnalistlər də daxil olmaqla yüzlərlə insan təyyarənin enişini izləmək üçün toplaşmışdı. Tibbets təyyarədən enən ilk adam olmuş və buradaca Görkəmli Xidmət Xaçı ilə təltif edilmişdir.
Bu bombanın partladılmasından sonra növbəti hədəf kimi Naqasaki seçilmişdir. Atom bombasının atılma tarixi 11 avqust müəyyənləşdirilsə də, pis hava proqnozu bunun baş verməsinin 9 avqustda mükün etmişdir. Bu dəfə "Fat Man" (Kök adam) adlı atom bombası Çarlz Suini tərəfindən idarə olunan "Bocksar" adlı B-29-da hədəfə aparılmışdır. Kapitan Corc Marquartın uçurduğu "Enola Gay" isə əsas hədəf Kokura üçün hava kəşfiyyatçılığı etmişdir. "Enola Gay" Kukura üzərində havanın aydın olduğunu bildirsə də, "Bocksar" oraya çatanda şəhər 1 gün əvvəl 224 B-29 tərəfindən bombalanmış Yavata şəhərindən qalxan tüstüyə bürünmüşdür. 3 uğursuz cəhddən sonra "Bocksar" məcbur ikinci hədəf olan Naqasaki şəhərinə yönəlmiş və bombanı buraxmışdır. Baxmayaraq ki, bomba lazım olan hədəfə çatmışdı, Hiroşimaya atılan bomba müqabilində bu cəhd uğursuz hesab edilmişdir. Yolda heyət bir neçə problemlə qarşılaşmış, yanacaq azlığı üzündən Okinavadakı[14][15] Yontan hava bazasına enməyə məcbur olmuşdurlar.
Hiroşima missiyasında təyyarənin heyəti 12 nəfərdən ibarət olmuşdur[16]:
Naqasaki missiyasında təyyarənin idarə etdiyi B-10 heyəti (əvvəlcə "Up An'Atom" təyyarəsinə təyin olunmuşdu) 10 nəfərdən ibarət olmuşdur.
6 noyabr 1945-ci ildə Levis təyyarə ilə ABŞ-yə uçmuş və 8 noyabrda Nyu Meksikodakı Rozvel Hərbi Hava Bazasına çatmışdır. 29 aprel 1946-cı ildə Sakit okeandakı nüvə sınaqları — "Crossroads əməliyyatı" üçün bazanı tərk etmişdir. 1 mayda Kvaceleyn atoluna uçmuşdur. Amma Bikini atoluna atom bombasını atacaq təyyarə kimi seçilməyərək test günündə — 1 iyulda Kvaceleyni tərk edərək bir gün sonra Kaliforniyadakı Fayrfild-Saysun Hərbi Hava Bazasına çatmışdır.
"Enola Gay"ın qorunmasına qərar verildi və 24 iyul 1946-cı ildə Arizonadakı Devis-Montan Hərbi Hava Bazasına uçmuşdur. 30 avqust 1946-cı ildə Smitsonian İnstitutu təyyarənin sahibi olmuş və təyyarə ABŞ Hərbi Hava Qüvvələrinin inventarından çıxarılmışdır. 1946–1961-ci illərdə "Enola Gay" müxtəlif yerlərdə saxlanmışdır. Smitsonian İnstitutunun razılığı əsasında Tibbets təyyarəni İllinoys ştatındakı Orçard Pleys Hava Sahəsinə uçuranda təyyarə 1 sentyabr 1946 – 3 iyul 1949-cu illərdə Devis-Montan Hərbi Hava Bazasında olmuşdur. 12 yanvar 1952-ci ildə Pyote Hərbi Hava Bazasına, 2 dekabr 1953-cü ildə Merilenddəki Andrevs Hərbi Hava Bazasına aparılmışdır, çünki institutun o zaman təyyarəni saxlamaq üçün yeri yox idi.[17]
Güman edilirdi ki, Hərbi Hava Qüvvələri təyyarəni qoruyacaqlar, amma anbar kifayət qədər böyük deyildi və buna görə təyyarəni anbarın uzaq bir hissəsinə qoymuşdurlar. Burada təyyarə havaya qarşı müdafiəsiz qalmışdır. Suvenir ovçuları onun bir neçə hissəsi oğurlamışdırlar. Cücülər və quşlar təyyarəyə zərər verirdilər. Smitsonian İnstitutunun Havacılıq Muzeyinin direktoru "Enola Gay"ın vəziyyətindən narahat olmuş və Smitsonian heyəti 10 avqust 1980-ci ildə təyyarəni sökməyə başlamışlar. 21 iyul 1961-ci ildə təyyarənin hissələri Smitsonian İnstitutunun Merilend ştatının Suitlend şəhərindəki anbarına göndərilmişdir.
Uzun illər boyunca təyyarə Suitlenddə qalmışdır. 1980-ci illərin əvvəllərində iki veteran əsgər — Don Rel və keçmiş naviqator Frank Stüart təyyarənin bərpa edilib sərgilənməsi üçün çalışmağa başlamışlar. Onlar Paul Tibbets və senator Barri Qoldvoteni də kompaniyaya cəlb etmişdilər. 1983-cü ildə keçmiş B-52 pilotu Volter Boyn[17] Milli Aviasiya və Kosmonovtika Muzeyinin direkoru olmuş və ilk öncə "Enola Gay"ın təmir və bərpa edilməsinə başlamışdır. Təyyarəni yenidən görəndə Tibbets bunu xatırladı: "Gəmgin görüş idi. Mən atom bombasının atılmasını nəzərdə tutmuram, təyyarəyə minmək üçün bir çox məqsədim olmuşdu."[17]
Təmir-bərpa işlərinə 5 dekabr 1984-cü ildə Merilend ştatının Suitlen-Silver Hill şəhərindəki Paul Qraber Qoruma, Təmir və Saxlama Təsisində başlanılmışdır.[17] Atom bombasının atılması zamanı istifadə olunan pərlər daha sonra Texas A&M Universitetinə göndərilmişdir. Bu pərlərin ölçüsü 3,8 metr uzunluğa gətirilərək universitetin Oran Niks Aşağı Sürət Külək Tunelində istifadə olunmuşdur. İki mühərrik Qarberdə, ikisi isə San Dieqo Aviasiya və Kosmonavtika Muzeyində yenidən bərpa olunmuşdur. İş yavaş və dəqiqliklə aparılırdı. Hər komponent təmizlənirdi. Bəzi hissələr çıxarılmış və ya yerləşdirilə bilməmişdir. Əvəz edilənlər tapılmış və fabrikalaşdırılmış və ya original komponentlərdən ayrılaraq hazırlanmışdır.[18]