Ensizyarpaq canavargiləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ensizyarpaq canavargiləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ensizyarpaq canavargiləsi (lat. Daphne mucronata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.
Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır.
Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. VU D2.
Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir.
Azərbaycanda arealı geniş deyildir.
Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur. Yarpaqları dərili, xətvarı lansetvarı, hər iki ucu biz, uzunluğu 2,5–6 sm, eni 4–7 mm, çılpaq və ya seyrək tükcüklüdür. Çiçək qrupları başcıqlı və ya budaqların uclarında başcıq salxımlıdır; çiçəkləri çəhrayı və ya qonur, 4–12 ədəd, qısa çiçək saplaqlarında xırda, teztökülən, sıxtükcüklü, çiçəkaltlıqlıdır. Çiçəkyanlığı meyvələrdə qalan, üstdən sıx, xırda tükcüklüdür. Borucuğu silindrik, uzunluğu 6–8 mm, sonradan şarşəkilli qabarıq olub hissələri yumurtavarı, ucu biz, 2–3 dəfə borucuqdan qısadır. Yuxarı cərgənin erkək-ciklərinin tozluqları çiçək yanlığının borucuğundan çıxır. Yumurtalığı ipək tükcüklüdür. Dişicik ağzı başcıqlı, oturaqdır. Çəyirdəyi şarşəkilli, tüklü, narıncı və ya narıncı, qırmızıdır. May, iyun aylarında çiçəkləyir, iyul, avqust aylarında meyvə verir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.