Eritrositlərin çökmə sürəti

EÇS ölçülməsi üçün tətbiq olunan Westergren metodu

Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir.

Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədilə aparılan müayinə skrininqləri aiddir.

Metodun aparılması

[redaktə | mənbəni redaktə et]

EÇS Westergren metodu deyilən sedimentasiya ilə ölçülür. Bu zaman 1.6 ml qan 0.4 ml 3.8 faizli Natrium-sitrat məhlulu ilə qarışdırılır. Burada məqsəd, laxtalanmanın qarşısını almaqdır. Belə ki, sitrat ionları qanda laxtalanma üçün lazım olan kalsium (Ca) ionları ilə birləşib laxtalanma prosesinin qarşısını alır. Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq qüvvəsinin təsiri altında çökməyə başlayır. Nəticə, adətən, bir saatdan sonra mövcud çöküntünün uzunluq ölçüsü ilə müəyyən olunur. İkinci göstərici olaraq iki saatdan sonra, gərəkli hallarda isə 3-cü göstərici olaraq 24 saat sonrakı uzunluq qeyd olunur.

Normal göstəricilər

[redaktə | mənbəni redaktə et]

EÇS qanın zülal tərkibindən, eritrositlərin miqdarından, forma və ölçülərindən, qismən də yaşdan və cinsdən asılıdır.

Bir saatdan sonra EÇS-in normal göstəriciləri belə olur:

  • kişilərdə: 1–10 mm-ə qədər
  • qadınlarda: 2–15 mm
  • yeni doğulmuşlarda: 1–2 mm
  • 3 yaşadək olan uşaqlarda: 2–17 mm arasında dəyişir.