![]() | Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Erməni-friqiyalılar — ibtidai icma quruluşu dövründə Anadoluda yaşadıqları güman edilən hipotetik insanlardır[1]
Bu hipotetik cəmiyyətin mənşəyi ilə bağlı iki növ ziddiyyətli fikir və iddialar mövcuddur.
Qədim yunan tarixçisi Herodotun yazdığına görə[2] Anadoluya köçüb məskunlaşan Frigiyalılar, Bryges və ya Briges kimi tanınan qədim Balkan xalqının bir qolu olub, klassik antik dövrdə Anadoluda yaratmış olduqları Frig Krallığı və ya Frigiya Krallığının eramızdan əvvəl VII əsrin sonlarında Kimmer işğalçıları tərəfindən dağıdılmasından sonra frigiyalıların bir qismi Şərqə – Ermənistana köç etmiş və orada erməni xalqının etnogenezini formalaşdırmışdırlar. Herodotdan fərqli olaraq bəzi müasir alimlər[3] “protoerməni/friqiya” əhalisinin Erməni dağlarında meydana gəldiyini və sonradan Frigiyalıların qərbə köç etdiklərini düşünürlər. Erməni-Friqiya adı həmçinin bu cəmiyyətin hipotetik dilini əhatə edən Hind-Avropa dil ailəsinin bir qolunu və yaxud da mübahisəli olsa da, linqvistlər tərəfindən irəli sürülmüş hipotetik “yunan-erməni-ari” və ya “erməni-ari” dil bölməsinin və ya budağının bir alt budağını təşkil edən hipotetik dil qrupunu kimi göstərmək üçün istifadə olunur. Təsnifatlandırma olduqca çətindir, çünki bu gün Friqiya dili haqqında çox az şey məlumdur. Həmçinin, proto-erməni dili, mübahisəli olaraq yunan və ya proto-hind-İran alt qrupunda yerləşdirilir.
Sözügedən erməni-friqiya fərziyyəsi ilə əlaqədar olaraq, Dəmir dövründə Anadoluda yaşamış və Het mənbələrində deyil, Assuriya mənbələrində rast gəlinən Muski və ya Müşkilər adlı icmanın həm proto-ermənilər, həm də frigiyalıları nəzərdə tutması ehtimal edilir. Bu istinadlar müxtəlif mənbələrdə və müxtəlif dövrlərdə istifadə edilmişdir. Muşki sözünün üçüncü və bəlkə də orijinal istifadəsi Qafqaz zonasından köçərək Anadoluda məskunlaşmış insan cəmiyyətini ifadə etməsidir.
Müasir tədqiqatlar göstərir ki,[4][5][6][7][8] erməni və friqiya dillərinin yaxınlığı haqqında nəzəriyyələr əsassızdır. Erməni dilinin hind-iran dillərinə yaxınlığının yunan və frig dilləri ilə eyni olduğu vurğulanır. Kembric Universitetinin linqvisti və Hind-Avropa eksperti, tədqiqatçı Ceyms Klakson yunan və erməni dilləri arasındakı yaxınlıq əlaqələrinin mövcud olduğunu inkar etmişdir[9].
Protoerməni dilinin mənşəyi ilə bağlı bir vaxtlar təklif edilən Paleo-Balkan fərziyyəsi[10][11][12] tarixi linqvistiklər; Russell Gray və Quentin Atkinson tərəfindən aparılan müasir Qlottoxronologiya tədqiqatları tərəfindən tamamilə rədd edilmişdir[13] . Bu nəzəriyyəyə görə, erməni dili Anadolu torpaqlarında və ona bitişik ərazilərdə istifadə edilir və eramızdan əvvəl 7300-cü ildən regionda mövcuddur[12].