Erməni gücü

Erməni gücü
ing. Armenian Power
Erməni gücü qruplaşmasının qrafittisi Kiçik Ermənistan
Erməni gücü qruplaşmasının qrafittisi Kiçik Ermənistan
Yaranma tarixi 1989[1]
Fəaliyyəti 1980-ci illərdən günümüzədək
Fəaliyyət göstərdiyi yer Qlendeyl, Burbank, Hollivud ətrafı, Hollivud bulvarı, Kiçik Ermənistan, Şimali Hollivud, Normandie prospekti. Bəzi üzvləri Nyu-YorkNyu-Cersi ştatlarında da fəaliyyət göstərirlər.
Etnik tərkibi ermənilər
Üzvlük 250[2]
Fəaliyyəti narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq, qəsb
Müttəfiqlər İtaliya-Amerika mafiyası [3]
Rus mafiyası[3]
Erməni mafiyası[3]
Meksika mafiyası[3]
Krips
Bəzi Surenos dəstələri[4][5][6][7]
Vineland Boys[8]
Düşmənlər Tunervil Rifa 13[9]
Vayt Fens (WF)
Bluds

Erməni gücü 13, AP[10], Armenian Mob[11][12] və ya Armenian Mafia[13][14] ― Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərən erməni kriminal qruplaşması. Qruplaşma əsasən narkotik ticarəti, qətl, dələduzluq, insan alveri, qanunsuz qumar oyunlarının təşkili, adam oğurluğu, reket, soyğunçuluq və qəsblə məşğul olur. ABŞ prokurorluğunun qeydlərinə görə qruplaşmanın 2000-dən çox qeydiyyata alınmış üzvü və yüzlərlə tərəfdaşı var. Bu qruplaşma həmçinin Meksika-Amerika mafiyası və xüsusən də təsir dairəsini genişləndirməkdə olan La Cañada OG Blocc Crips (LCBC) kimi kriminal dəstələrlə sıx əlaqəyə malikdir.

Kaliforniya Baş Prokurorluğunun 1996-cı il tarixli hesabatına görə Erməni gücü 13 rus mütəşəkkil cinayətkar qrupları ilə güclü əlaqələrə malik olub. 1988-ci ilin yayında dəstənin iyirmi üzvü tərəfindən Hollivudun şərqində yerləşən kiçik bir ticarət mərkəzinin park yeri ələ keçirilmiş və öz qərargahlarına çevrilmişdir. Ticarət mərkəzindəki restoran və geyim mağazalarının sahibkarları ciddi qorxmuş və təhlükəsizlikləri üçün Los Anceles Polis Departamentinin köhnə əməkdaşlarına mühafizə üçün müraciət etmişdilər.

1997-ci ilin ortalarına qədər Erməni gücü 13 qruplaşmasının onlarla sürücünün qətlində günahkar olduğu güman edilirdi[15].

Eyni zamanda AP rəhbərliyi Ermənistan və Rusiyada fəaliyyət göstərən cinayətkar qruplar ilə yüksək səviyyəli əlaqələrə malikdir[16].

Hələki Şərq sahilində və Cənubda fəaliyyət göstərən Erməni-Amerikan icmalarında, Van (mərkəzi) erməniləri arasında, Suriya və İraq ermənilərinin icmalarında şəbəkənin fəaliyyəti qeydə alınmamışdır. Dəstənin əsas üzvləri Livan, Ermənistan və İran ermənilərindən ibarətdir. Dəstə əsasən küçədəki başıpozuq gənclərdən ibarət olaraq görünsə də bu yalnız qruplaşmanın görünən üzüdür[17]. Və bu gənclər adətən mütəşəkkil cinayətkar qruplaşmanın təhlükəsizlikdən məsul olan "əsgər" rolunu oynayırlar. Erməni gücü 13 qruplaşmasının adi küçə qulduru yox yüksək səviyyəli təşkil olunmuş cinayətkar qruplaşma olduğu 2010-cu ildə baş vermiş "2010 Medicaid fraud" (Medicaid fırıldağı) məsələsində və 2011-ci ildə Federal Təhqiqat Bürosunun əməliyyatı zamanı işıqların kəsilməsi ilə üzə çıxmışdır. FTB-nin rəsmi saytında qeyd edilir:

" Kaliforniyanın şərqində fəaliyyət göstərən Erməni gücü 13 qruplaşması ilk baxışdan xüsusi geyim və döymələri ilə seçilən adi küçə dəstəsi təsirini bağışlasa da əslində bank işləri, mütəşəkkil cinayətkarlıq, dələduzluq və insan oğurluğu ilə məşğul olan beynəlxalq, mütəşəkkil cinayətkar qruplaşmadır[18]. "

4 noyabr 2019-cu ildə Erməni gücü 13 qruplaşmasının rəhbərlərindən biri olan Mher Darbinyan 32 illik həbs cəzasına məhkum edildi. Sərbəst buraxıldıqdan sonra isə o, Ermənistana deportasiya edilməlidir[19].

Meksikalılarla münaqişə

[redaktə | mənbəni redaktə et]

Erməni gücü 13 qruplaşmasının keçmişdə Meksika mafiyası tərəfindən idarə olunan Sureno dəstələri ilə qarşıdurma tarixi var, ancaq bu münaqişə son illərdə səngiyib[20][21]. Erməni gücü 13 qruplaşmasının qurucusu Armen "Silent" Petrosyan 22 may 2000-ci ildə "White Fence" dəstəsinin üzvü Xose Arqueta tərəfindən öldürülüb[22][23]. Həmin ilin 24 may tarixində isə Meksikalılardan ibarət qruplaşma üzvləri tərəfindən Hollivudda yerləşən restoranların birində bir erməni güllələnir. Bundan sonra Erməni gücü 13 qruplaşması bu hadisələrə cavab olaraq elə həmin ayda Qlendeyl şəhərindəki Huver Liseyinin yanında 17 yaşlı ABŞ vətəndaşı meksikalını öldürürlər. Bundan sonra qruplaşmalar arasında zorakılığın qarşısının alınması üçün danışıqlar başlayır. Bu gün Meksika mafiası həbsxanalarda sədaqət əlaməti olaraq 13 nömrəsini öz adına əlavə edən Erməni gücü 13 qruplaşmasından müdafiə qarşılığında pul toplayır. Hər iki dəstə və Surenos hal-hazırda Los Anceles bölgəsindəki bütün cinayət fəaliyyətlərindən qazanılan pullarına nəzarət etməklə yanaşı həm də birlikdə işləyirlər[24].

Elektrik kəsintisi əməliyyatı

[redaktə | mənbəni redaktə et]

16 Fevral 2011-ci ildə "Elektrik kəsintisi" əməliyyatı zamanı 900-dən çox federal və yerli hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə Los Anceles bölgəsində erməni mütəşəkkil cinayətkarlığı ilə əlaqəli olduğu iddia edilən 100-ə yaxın adamı həbs edildi. Cinayətkarların bir çoxu kredit kartı dələduzluğu kimi bank əməliyyatları edən "ağ yaxalılar" idi. Lakin, istintaq gedişatında onların insan alveri, fırıldaqçılıq, qəsb, şəxsiyyət oğurluğu, soyğunçuluq, şahid qorxutma, narkotik ticarəti, narkotik marixuana yetişdirmə və narkotik maddələrin həbsxanaya gətirilməsi və silahla əlaqəli bir çox cinayətlərdə iştirakı aşkar olundu.

Suriya vəyəndaş müharibəsində iştirakları

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Suriyada Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətinə dəstək olaraq döyüşən biri Erməni gücü 13 qruplaşmasının, digəri isə Sureno qruplaşmasının üzvü olan iki nəfər video qeydə alınıb[25] .

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • FX kanalında yayımlanan "Shield" serialının bir çox mövsümündə Erməni gücü 13 qruplaşmasının uydurma versiyası olan "Armenian Might" göstərilmişdir. Serialın 6-cı mövsümündə alman aktrisa Franka Potente müntəzəm olaraq ailə üzvlərini təhqir edənlərə qarşı mübarizəyə başlamış "Armenian Might" dəstəsinin başçısı Diro Kesaxian rolunu oynayır.
  • Qondarma erməni cinayətkar dəstənin üzvü Grand Theft Auto V video oyununda görünür. Franklin Klintonun keçmiş müdürü Simeon Yetarian dəstə ilə əlaqələndirilir. Oyunda dəstənin bir çox üzvləri Çikano stilində geyinərək Erməni gücü 13 qruplaşmasını xatırladırlar.
  1. "More than 70 reputed Armenian gangsters arrested". Reuters. 2011-02-16. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  2. Armenian Power Leader Sentenced to 32 Years in Prison for Racketeering, Extortion and Fraud Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine (November 12, 2014)
  3. 1 2 3 4 Roots of the Armenian Power Gang Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine Richard Valdemar, policemag.com (March 1, 2011)
  4. "LA gangbangers fighting for Assad in Syria". YouTube. 2014-03-03. March 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  5. Dennis Romero. "The Mysterious Case of L.A. Gangsters in Syria". L.A. Weekly. 2014-03-05. January 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  6. Dennis Romero. "The Mysterious Case of L.A. Gangsters in Syria". L.A. Weekly. 2014-03-06. February 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  7. Speri, Alice. "LA Gang 'Homies' Claim to Be Fighting in Syria | VICE News". News.vice.com. 2014-03-05. 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  8. The Vineland Boys Gang Arxivləşdirilib 2022-12-20 at the Wayback Machine Richard Valdemar, policemag.com (August 21, 2007)
  9. The Bowtie Parcel’s Next-Door Neighbors Ruxandra Guidi and Bear Guerra, KCET (October 9, 2018) (Archive)
  10. Coleman, Wanda. Native in a Strange Land: Trials & Tremors. Black Sparrow Press. 1996. səh. 192. ISBN 978-1-57423-024-6.
  11. Fox, Hayley. "TAKING DOWN ARMENIAN POWER, CALIFORNIA'S MODERN MAFIA". LA Weekly. July 3, 2014. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
  12. Watkins, Thomas. "Armenian mob's power seen in foiled Medicare fraud ring". Daily Breeze. Associated Press. 22 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
  13. "Proud to Be Armenian: 99 gang members indicted in bust of crime syndicate" (February 17, 2011). Armenia Now. 22 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
  14. "100 CHARGED IN ARMENIAN MAFIA SWEEP ~ LOS ANGELES". L.A. Taco. 16 February 2011. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
  15. Rodriguez, Luis (2003). Hearts and Hands: Creating Community in Violent Times, p. 38. Seven Stories Press, ISBN 978-1-58322-564-6
  16. "Armenian Power Organized Crime Group Targeted in Federal Indictments That Allege Racketeering Offenses, Including Bank Fraud Schemes, Kidnappings, and Drug Trafficking". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
  17. "Generational Impact of Mass Trauma" (PDF). 2012-10-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-03-17.
  18. "Armenian Organized Crime Group Targeted". FBI. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.
  19. "Armenian Power gang leader sentenced to prison in Southern California case for crimes including $1 million 99 Cents Only debit-card skimming scam". Daily News (ingilis). 2019-11-04. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
  20. Ryan, Harriet (September 19, 2003). Mark Geragos out of Peterson spotlight. CNN
  21. Yablonsky, Lewis (2005). Gangs in court. Lawyers & Judges Publishing Company. ISBN 978-1-930056-79-4.
  22. Krikorkian, Michael (February 2, 2001). Gang Violence Claimed Man Who Tried to Change; Crime: The conviction of his killer closes the final chapter in the story of a former Armenian Power leader who was slain in inter-ethnic strife Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine. Los Angeles Times
  23. HONG, PETER Y.; GEE, ELISE. "Latino Gang Killed Armenian Man, Police Say". Los Angeles Times (ingilis). 2000-05-24. ISSN 0458-3035. 2010-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  24. Rodriguez, Luis (2003). Hearts and Hands: Creating Community in Violent Times, p. 327. Seven Stories Press. ISBN 978-1-58322-564-6.
  25. "Two L.A. gang members fighting for al-Assad in video are deported Syrians". CNN. 6 March 2014. April 23, 2014 tarixində arxivləşdirilib.