Ernest Şeklton

Ernest Şelkton
ing. Ernest Shackleton
Şelkton 1917-ci ildə
Şelkton 1917-ci ildə
Doğum tarixi
Doğum yeri İrlandiya İrlandiya
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri Cənubi Georgiya
Vəfat səbəbi Ürək tutması
Dəfn tarixi 5 mart 1922
Həyat yoldaşı Emili Meri Dormen (1904–1922)
Fəaliyyəti tədqiqatçı-səyyah[d], zabit, səyyah, qütb tədqiqatçısı[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[1][2][…]5 yanvar 1922[1][3][…], Qryotviken, Britaniya dəniz əraziləri) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah.[4][5][6][7]

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı.[8][9][10]

1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar.[11] Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi.[12]

Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı.[13] Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar. Şelkton Antarktidada 3.000 km qədər getdikdən sonra yenidən İngiltərəyə döndü. Bu dəfə bir qəhrəman olaraq qarşılandı və Kral tərəfindən zadəganlıq fərqlənmə nişanı verildi. 14 dekabr 1911-ci ildə Roald Amundsen Cənub Qütbünə ilk çatan adam oldu.[14]

Endurans səfəri

[redaktə | mənbəni redaktə et]
Şelkton, Enduransı itirdikdən sonra.

Şelkton özünə bir sonrakı hədəf olaraq Antarktida qitəsini qütb üzərindən boydan boya keçməyi seçdi. Bu 3 300 km-lik bir gediş mənasını verirdi. 8 avqust 1914-cü ildə 27 adamla birlikdə Endurans gəmisi İngiltərədən yola çıxdı. Qrupundakı önəmli səyyahlar arasında Frank Hörli, Frank Vörsli və Frank Vildi də tapmaq olardı.

Bu, Antarktida tarixinin ən çətin səfərlərindən biri olacaqdı. Buzlar arasında sıxışan Endurans, Antarktidaya çata bilmədən tərk edildi.[15] Antarktidanı keçmə hədəfini bir yana qoyan Şelkton, bütün gücünü adamlarını xilas etməyə sərf edirdi. Əvvəl buz üzərində düşərgə quran ekipaj, daha sonra qayıqlarla Fil adasına çatdı. Bu uzaq və buzlarla örtülü kimsəsiz adada, təcili yardım sandallarından biri Enduransın dülgəri tərəfindən möhkəmlədildi. Şelkton adamlarından beşiylə birlikdə Ceyms Keyrd adını verdikləri bu qayığa mindi və Cənubi Georgiya adalarına doğru yola çıxdı. Bu arada, digər 22 adamın Şelktonun onları qurtarmasını gözləmək xaricində edəcəkləri bir şey qalmamışdı. Cənub okeanının fırtınalı sularında alabora təhlükəsiylə dolu on beş günlük bir səfərdən sonra, Cənubi Georgiya göründü. Ancaq hava o qədər fırtınalıydı ki, qayığı sahilə yanaşdırmağı gözə ala bilmədən fırtınanı dənizdə qarşıladılar (daha sonra öyrənəcəkdilər ki, eyni fırtına Buenos-Ayresdən Cənubi Georgiyaya getməkdə olan 500 tonluq bir buxar gəmisi batırmıştı).[16] Ertəsi gün kimsəsiz cənub sahilinə ayaq basmağı bacardılar. Bir az istirahət edib özlərinə gəldikdən sonra, Şelkton təkrar dənizə açılmağı gözə almaqdansa, şimal sahilindəki balina stansiyasına qurudan getməyə qərar verdi. Daha əvvəl norveçli balinaçıların xizəklə adanı keçmiş olmasına qarşı, Şelktonun keçməyə qərar verdiyi marşurutu daha əvvəl qət edən olmadığı bilinməkdədir. Şelkton, adamlarından üçünü sahildə qoyub ikisiylə birlikdə Stromnessdəki balina stansiyasına doğru yola çıxdı. Əllərində texniki vəsait olaraq yalnız on beş metrlik elastik olmayan bir ip və buz baltası yerinə də dülgər kəsəri vardı. Dağlıq ərazidə 36 saat davam edən bir səfərdən sonra adamlar balina stansiyasına gələ bildilər.

Cənub sahilindəki üç adamın və Fil adasındakı 22 adamın qurtarılması bu uğuru izlədi. Şelkton, heç bir adamını itirməməyi bacarmışdı. Buna qarşılıq, onu Cənub Qütbünün digər sahilində gözləmək üzrə yola çıxan Aurora səfəri o qədər şanslı deyildi, komandirləri daxil olmağla üç adamı itirmişlərdi.

Enduransdan sonra

[redaktə | mənbəni redaktə et]

Şelkton İngiltərəyə döndüyü zaman Birinci Dünya müharibəsi davam etməkdə idi. Orduya yazılmaq istəsə də yaşı artıq çox idi. Hökumət adına bəzi diplomatik və hərbi vəzifələr aldı. Müharibədən sonra son bir kəşf səfəri daha etmək üçün hazırlığlara başladı. Endurans səfərində öz ödəniş haqqlarını tam ala bilməmiş olan adamlarından çoxu "Patron" dedikləri Şelktona qatılmaq üçün könüllü oldular. 24 sentyabr 1921-ci ildə İngiltərədən ayrıldı. 5 yanvar 1922-ci ildə Cənubi Georgiyada keçirdiyi ürək tutması (ürək infaktı) nəticəsində vəfat etdi.[17]

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]
Ser Ernest Şekltonun Cənubi Geordiya, Qritvikendə yerləşən məzarı

Həyat yoldaşının istəyi üzərinə Cənubi Georgiyada Gritvikendə dəfn edildi. Londonda Kralın da qatıldığı bir anma mərasimi təşkil olundu. Buna baxmayaraq, Şekltonun şöhrəti uzun müddət məşhur cənub qütbü səyyahı Skottun kölgəsində qaldı.[18] Yenə də 20-ci əsr boyunca ictimaiyyət Şelktonu getdikcə daha çox tanıma şansı tapdı. Eyni zamanda, Skott haqqında yazılan həyat hekayələri getdikcə daha tənqidi olmağa başlamışdı. 2002-ci ildə BBC tərəfindən keçirilən "ən böyük 100 Britaniyalı" anketində Ernest Şelkton 11-ci, Robert Skott isə 54-cü oldu.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. http://www.bbc.co.uk/history/historic_figures/shackleton_ernest.shtml.
  3. Ernest Shackleton // Encyclopædia Britannica (ing.).
  4. "BBC, Shackleton". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
  5. Barczewski Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə146).
  6. Jones Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə289).
  7. Barczewski Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə295).
  8. Byrne Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 852).
  9. Huntford Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 227–28).
  10. Huntford Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 6–9).
  11. Savours Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 9).
  12. Fisher Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 19–20).
  13. Wilson Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 115–118).
  14. The London Gazette: no. 28049. (səhifə 5447) Arxivləşdirilib 2019-10-03 at the Wayback Machine. 9 avqust 1907. (ingiliscə) 10 oktyabr 2015.
  15. Shackleton, South Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 29–30).
  16. Shackleton, South Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 100)
  17. Huntford Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 687).
  18. Huntford Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine, (səhifə 684).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]