Erot | |
---|---|
q.yun. Ἔρως | |
| |
Mifologiya | Qədim Yunanıstan dini |
Yer | Olimp dağı |
Adının izahı | Eşq, məhəbbət, şəhvət |
Yunanca adı | Έρως |
Cinsi | kişi[d][1] |
Atası | Ares |
Anası | Afrodita |
Qardaşı və bacısı | Nikta, Geya, Ereb |
Atributlar | Ox, kaman, alovlanan məşəl |
Digər mədəniyyətlərdə | Amur (mifologiya) |
Vikianbarda əlaqəli mediafayllar |
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı.[2] Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur.
Xaos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Geya | Tartar | Niks | Ereb | Erot | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Efir | Hemera | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hesperidlər | Kerlər | Moros | Tanat | Hipnos | Onir | Mom | Keren | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Moyralar | Nemezida | Apata | Filotes | Geras | Erida | Oyzis | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kloto | Laxesis | Atropos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə keçməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.