Escape klavişi

Escape klavişi – IBM PC/XT klaviaturasının sol yuxarı küncündə və ya orijinal IBM AT klaviaturasının sol yuxarı küncündə yerləşən klaviş; tətbiqi proqramlar və əməliyyat sistemləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bir çox tətbiqi proqramlarda Escape klavişi istifadəçini menyu strikturunun öndəki daha yüksək səviyyəsinə qaytarır və ya proqramdan çıxışı həyata keçirir. Digər proqramlarda Escape klavişi menyunu çağıra, iş rejimini dəyişə və ya əməliyyatı ləğv edə bilər.

Apple firmasının kompüterlərinin ADB və Extended klaviaturalarında IBM firmasının kompüterləri ilə uyğunlaşmaq üçün sol yuxarı küncündə Esc klavişi var; o, Apple Macintosh kompüteri meynfreymlərlə birləşmək üçün istifadə edildikdə və ya onda MS-DOS proqramları çalışdıqda gərəkli olur.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı