Etnik milliyətçilik

Etnik millətçilik və ya mikro millətçilik, milli kimliyi yaradan, mədəniyyət, tarix və məqsəd birliyi kimi hakim mədəni ünsürlərin yaratdığı milli biz şüru yerinə, etnik birlik kimi biz şürunu mənimsəyən etnosentrik millətçilik növüdür.[1][2][3] Hakim mədəniyyətin də bir etnik qrup kimi düşünülməsi lazım olduğu fikrini müdafiə edir. Azlıq mədəniyyətlərinin inkarı və asimiliyasiyası etnik millətçilik hisslərinin inkişafında mühüm bir təsir kimi qəbul edilir..[4] Özünü sosial bağlarla və ortaq mədəniyyətlə tərif edən, bütünləşdirici təbiətə sahib olan kültürəl millətçilikdən ayrılır.

Etnik millətçi düşüncələr

[redaktə | mənbəni redaktə et]

Millət dövlət strukturunun həyati əhəmiyyətli ünsürlərindən biri ölkə sərhədləri içində tək milli mədəniyyətin var olmasıdır. Ulus dövlətlərdə hakim milli mədəniyyətin xaricində qalanlar dəstəklənməz və eyni zamanda da məcburi şəkildə ortadan qaldırılmazlar. Milli mədəniyyət ilə qaynaşmazlıq halında ötəkiləşən mədəniyyətlər ana millətdən qopmağa qədər gedə bilərlər. Ernest Gellnerə görə mərkəzi rejimdən başqalaşan mədəniyyətlərin iki seçimi vardir: assimiliyasiya və ya öz millətçiliyini yaratmaq. Çoz etnik azlıqlarda daha çox qarşımıza çıxan assimiliyasiyadır ancaq getdikcə bəziləri milli dövlət daxilində hüquqi bir haqq qazanma mübarizəsinə qoşulmaqdadır. Tək mədəniyyətli milli dövlətlərdə bir azınlıq mədəniyyəti hakim milli mədəniyyəti rədd edərsə ayrı bir millət olma istəyini ortaya qoyar. ŞotlandiyaKataloniya nümunəsinə qarşı Bask nümunəsində olduğu kimi, əgər tarixdə ayrı bir dövlət var olmayıbsa bölücü tələblərin hüquqiliyi etnik, mədəni və ya dil fərqliliklərinə dayadılı[4] r. Bölücü tələblər keçərli səbəblərə dayadılarsa belə ana ölkənin yeni bir milli dövlətə bölünməsiylə dünyadakı real etnik və mədəni bölümləməni əks etdirən bir həllə nail olunmaz. Milli dövlətlərin siyasi sərhədlərinin tərsinə sosial qruplarınki nizamsızdır. Mədəniyyətdil sabit deyil. Mədəniyyətlər, dillər, dinlər, məzhəblər dəyişkən bir struktursa olduğu halda milli dövlətlərin qəti və dəyişməz sərhədləri elə deyil.[4] Bu mədəni sərhədlər sabit olsa belə bu bölümləmələri hüquqi bir qavram içində ifadə edə bilməsi münkünsüzdür. İnsanlar etnik baxımından, danışılan dilləhcələrə, mədəniyyətdinlərə görə müntəzəm bölümlənmiş bölgələrə ayrılmış hissələr halında yaşamırlar. Yer kürəsindəki heç bir sərhəd mədəniyyət, inanc və var olan kimlikləri əks etdirmir. Hər hansı bir bölümləmə cəhdi daim hər hansı bir kütləni də bölünənlər içində buraxır. Əgər Bask bölgələrinə müstəqillik verilmiş olsaydı belə, bu bölgələrdə yaqşayan xeyli sayda fransızcaispanca danışanlar narahat olacaqdı.[4] "Qəti sərhədlər" fəlsəfəsinin faciəvi nəticələri köhnə Yuqoslaviyada meydana gələn hadisələrdə görülmüşdür. Radıkal-fanatik mikro millətçilərin hər biri öz milli dövlətlərini və ya öz ölkələrini tələb etdilər. Əslində istəklərinə uyğun bölümləmələr torpaq üzərində heç olmamışdı. Mikro millətçi radikalların özlərinə cizdikləri sərhədlərin nəticəsi həmin torpaqlarda yaşayan yerli əhalinin köçürülməsi və ya qovulması idi. Yuqoslaviyada baş verən bu hadisələr tək belə hal deyildir. Bask bölgəsi Euskadidə ETA öz Bask ölkəsi uğrunda hələ də İspaniyaya qarşı döyüşməkdədir. Şimali İrlandiyada iki mədəniyyət illərlə savaşdı. Fransanın KorsikaBretan bölgəsində separatçılar Fransaya qarşı keçən 30 il boyunca mübarizə etdi.[4]

Etniz azlığın tərifini Con Milton Yinger belə vermişdir:

  • Qrup, cəmiyyətdəki başqaları tərəfindən dilləri, dinləri, soyları və ya keçmişdə yaşadıqları bölgə kimi bəzi xüsusiyyətlərin birləşiminə əsaslanan fərqliliklərə görə ayırd edilir.
  • Qrupun üzvləri də özlərini fərqli aidiyyəta aid edərlər.
  • Öz real və ya mifoloji ortaq mədəniyyət və kökləri ətrafında inşa edilmiş hadisələrdə iştirak edərlər.

Bu üç bənd qruplarda və fərdlərdə dəyişkənlik göstərir. Bundan başqa bu 3 bəndin birləşməsi şəxsdən şəxsə fərqli dəyərləndirildiyindən sabit deyil dəyişkəndir.

  1. "Emre Kongar, Küreselleşme, Mikro Milliyetçilik, Çok Kültürlülük, Anayasal Vatandaşlık". 2009-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  2. "John Milton Yinger, Ethnicity, Source of Strength, Source of Conflict, s. 73". 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  3. Mustafa E. Erkal. Yol Ayrımındaki Ülke (Türkçe). Derin. s. 89-93. ISBN 9789756463918.
  4. 1 2 3 4 5 John Hopkins. Devolution in context: regional, federal & devolved government in the EU (İngiliscə). Cavendish UK Ltd. s. 13. ISBN 1859416373. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.