Etnogenez ( yun. ethnos – xalq və genesis – doğulma) Hər hansı bir xalqın mənşəyi,etnik qrupun formalaşması və inkişafıdır.[1] Bu, qrupun özünü identifikasiyası və ya kənar identifikasiya ilə yarana bilər.
Etnogenez termini əvvəlcə 19-cu əsrin ortalarında neologizm idi [2] və sonralar 20-ci əsrdə akademik antropologiyaya daxil edilmişdir. Etnogeni termini etnogenezin variantı kimi də istifadə olunur.