Evika Silina

Evika Silina
latış. Evika Siliņa
bayraq
Latviyanın 24-cı Baş naziri
Vəzifədədir
15 sentyabr 2023-cü ildən
PrezidentEdgars Rinkēvičs
ƏvvəlkiKrišjānis Kariņš
Latviyanın Rifah Naziri
14 dekabr 2022 – 15 sentyabr 2023
ƏvvəlkiGatis Eglītis
SonrakıUldis Augulis
Şəxsi məlumatlar
Doğum tarixi 3 avqust 1975(1975-08-03)[1] (49 yaş)
Doğum yeri
Partiya Valid
Təhsili
Fəaliyyəti siyasətçi, hüquqşünas
Uşağı 3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evika Siliņa (3 avqust 1975[1], Riqa[1]) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri.[2] Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb.[3]

Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb.[4] Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir.[5]

2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb.

2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu.

Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.[6]

6 dekabr 2022-ci ildə Silina Krisjanis Karinş hökumətində rifah naziri elan edildi və yeni kabinet dekabrın 14-də təsdiqləndi.[7][8]

16 avqust 2023-cü ildə Krisjanis Karinşin istefasından sonra Yeni Birlik Partiyası Silinanın baş nazir postuna namizədliyini irəli sürüb. Avqustun 24-də prezident Edqars Rinkeviçs ondan hökumət qurmağı xahiş edib. O, rəsmi olaraq sentyabrın 15-də vəzifəsinin icrasına başlayıb.[9][10]

  1. 1 2 3 4 https://www.diepresse.com/16435931/evika-silina-fuehrt-lettlands-neue-regierungskoalition.
  2. "Saeima ar 53 balsīm apstiprina Evikas Siliņas valdību" (latış). 16 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2023.
  3. "Evika Siliņa is New Unity's party pick for PM" (ingilis). 16 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2023.
  4. "Evika Siliņa". 26 may 2019. 26 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2023.
  5. "Parlamentārā sekretāre - Iekšlietu ministrija". 3 sentyabr 2018. 3 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2023.
  6. "Latvian minister Evika Silina asked to take PM role" (ingilis). 25 avqust 2023. 25 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2023.
  7. "New Latvian coalition ministerial posts announced" (ingilis). 6 dekabr 2022. 25 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2023.
  8. "Saeima confirms the new Karins government". 25 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2023.
  9. "«Jaunā Vienotība» oficiāli virza premjera amatam labklājības ministri Eviku Siliņu" (latış). 17 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2023.
  10. "Latvian Minister Asked To Take PM Role" (ingilis). 24 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  siasət portalı П:  Latviya portalı