Evqlenozoylar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Birhüceyrəli sərbəstyaşayan və ya parazit canlılardır. Bu tipə müxtəlif sərbəstyaşayan növlər, bir sıra parazitlər daxildir. Onların bəziləri insanlarda müxtəlif xəstəliklər yaradır. Orta ölçüləri 15 - 40 mkm, bəzi evqlenlərin uzunluğu 500 mkm-ə çatır. World Register of Marine Species məlumatına görə (2016) bu tip 6 sinifə bölünür: Diplonemea; Euglenoidea; Kinetoplastida; Symbiontida; Calkinicia; Postgaarea. Sinifin tipik nümayəndəsi – Yaşıl evqlena (Euglena viridis) yaşıl qamçılı olub qamçı aparatı vasitəsilə hərəkət edir. Bu zaman evqlen daim öz uzununa oxu ətrafında fırlanarır. Əksər növlər həmçinin metabolik hərəkət metoduna da malikdir. Onlar güçlü uzanıb və qısalaraq bədən formalarını dəyişməklə, peristaltik dalğalarla hərəkət edirlər. Hüceyrənin ön hissəsində qamçı cibləri yerləşir. Onun kənarlarında qırmızımtıl ləkələr vardır. Bunlarfotoresptor orqanoidləri – stiqmalardır. Hüceyrənin demək olar ki, bütün həcmi çoxlu sayda yaşıl rəngli xloroplastlardan ibarətdir.[3]
Euglenoidea sinfi 1000 növdən çox sərbəstyaşayan və parazitar qamçılıları özündə birləşdirir. Onlar, əsasən, tək-tək nadir hallarda koloniya şəklində yaşayırlar. Hüceyrə 1 və ya 2 qamçıya malik olur. Qamçının daxilində aksonemlərə paralel olaraq xüsusi sitoskelet struktur (paraksial qoşqu) vardır. Heterotrof formalar çox mürəkkəb diferensiasiyaya uğramış hüceyrə ağzına və hüceyrə boğazına (sitosom-faringial kompleks) malik olub binar bölünmə və tumurcuqlama yolu ilə çoxalır.Kinetoplastida sinfinin nümayəndələri bir inkişaf mərhələsindən digərinə keçərkən onların hüceyrə quruluşunun morfoloji xüsusiyyətləri dəyişir, müxtəlif morfoloji formalara malik olurlar. Ona görə də bir növün eyni fərdləri həyat siklinin müxtəlif mərhələlərində fərqli struktura malik olum müxtəlif morflara aid edilirlər (tripomastiqot, epimastiqot, promastiqot, sferomastiqot, amastiqot və s.). Hər bir konkret növün həyat sikli müəyyən morfotiplərin sabit toplusundan ibarət olur. Onlarda 2 ədəd qamçı olur.
Şirin sularda yaşayan E. viridis qarışıq qidalanma tipinə (miksotrof) malikdir. Gündüz işıq vaxtı onun enerjiyə olan tələbatı fotosintez vasitəsilə təmin edilir. Günün qaranlıq vaxtı heterotrof qidalanmaya keçərək hazır üzvi maddələrlə qidalanır. Bu zaman xloroplastların rəngi tədricən solur. Kinetoplastida sinfinə aid olan Cryptobia cinsinin nümayəndələri, əsasən, balıq patogenləridir. Bu cinsə aid 52 növ təsvir edilmişdir. Onlardan 40-ı qanda, 7-si bağırsalarda, 5-i isə bədən səthində yaşayır. Xəzər dənizində Trypanosoma, Cryptobia cinslərinə aid 13 ədəd ixtioparazit evqlenozoy təyin edilmişdir İbrahimov Ş., 2012 [4]
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |